Sakinlərin dərdinə çarə olan skuterlər

Sakinlərin dərdinə çarə olan skuterlər

Türkiyənin İstanbul şəhərində elektron skuter xidməti istifadəyə verilib.

Sfera.az xəbər verir ki, sakinlər bununla tıxaca düşmədən lazımı yerə vaxtından da tez çatırlar və məsafəni qısaldırlar.

İstifadəçilərin sözlərinə görə, skuterlə yarım saatlıq yolu 8 dəqiqəyə gedirlər və bu avtomobildən, motosikletdən, velosipeddən daha təhlükəsiz nəqliyyat vasitəsidir. Bildirilir ki, 10 dəqiqəlik bir səyanət təxminən bir fincan kofe qiymətinə başa gəlir.

Ondan istifadə etmək üçün bir smartfonunuzun olması kifayət edir. Belə ki, müvafiq proqramı telefonunuza yükləyirsiniz və sizə bir kod göndərilir. Həmin kod vasitəsilə skuterin kilidini açıb istifadə etmək mümkün olur. 

Sizə həmin videomaterialı təqdim edirik: ( yeni sabah)


OXŞAR XƏBƏRLƏR