Sakinlərə şad xəbər: Yeni sayğaclar gəlir - VİDEO

Sakinlərə şad xəbər: Yeni sayğaclar gəlir -  VİDEO

Yaşayış binalarının qazlaşdırılmasında təhlükəsizliyin təmin olunması məqsədilə qaz təchizatı layihələndirmə normalarında bir sıra əlavə və dəyşikliklər edilib.

Dəyşikliklərə əsasən bütün yaşayış binalarına və mənzillərinə qaz təchizatını avtomatik dayandıran qurğular quraşdırılması tövsiyyə olunur.

Qaz sayğacların quraşdırılan əlavə detektorların köməyi ilə xüsusilə qış günlərində baş verən qaz sızmasından partlayış və yanğınlara qarşı alınacaq.

Belə ki, mənzildə hər hansı bir yanğın baş verərsə və ya qaz sobası nəzarətsiz qalarsa, siqnal ötürücülər vasitəsilə həmin mənzilə qazın verilməsi avtomatik dayandırılacaq.

“Qaz kəmərlərinin üzərində xüsusi detektor adlanan cihaz quraşdırılır. Və cihazın naqili mətbəxə qədər uzanır. Mətbəxdə alovun nəzarətsiz sönməsi zamanı cihaz işə düşür və sayğacın qlapanı bağlanır və avtomatik olaraq qaz təchizatı dayanır”, – deyə Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayi bildirib.

Qeyd edək ki, qaz sayğaclarına quraşdırılan yeni detektorlar əsasən yeni istifadəyə verilən fərdi və bina evlərində quraşdırılır.

Gələcəkcdə bu detektorların köhnə binalarda da quraşdırılacağı gözlənilir.

Bütün bu işlərin texniki xidməti və təmiri müqavilə əsasında həmin işlərin görülməsinə lisenziyası olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilir./Ans


Sfera.az


OXŞAR XƏBƏRLƏR