Şahzadə vəfat etdi
18:00 / 24.10.2020
2406
Bruney Şahzadəsi Hacı Əbdül Əzim vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə "Sinxua” agentliyi məlumat yayıb.
38 yaşlı şahzadənin ölüm səbəbi dəqiqləşdirilməyib. Onun ölümü ilə əlaqədar ölkədə 7 günlük matəm elan olunub.
Qeyd edək ki, o, Əzim Sultan Hassanal Bolkiahın ikinci oğludur.