Şahin Seyidzadə vətəndaş qəbulu keçirdi - FOTO

Şahin Seyidzadə vətəndaş qəbulu keçirdi - FOTO

Millət vəkili Şahin Seyidzadə Abşeron rayonunda vətəndaş qəbulu keçirib.

 

Sfera.az xəbər verir ki, noyabr ayının 26-da Abşeron rayonu Hökməli qəsəbəsində Hökməli, Qobu, Güzdək, Mehdiabad, Pirəşəkül qəsəbələri və Qobustan kəndindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilib. Görüş zaman Milli Məclisin deputatı vətəndaşların problemini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.


Vətəndaşlar əsasən sosial problemlərin həlli, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri, əmlak, torpaq və məşğulluq məsələləri ilə bağlı müraciət ediblər.


Qəbul zamanı Millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat verib.


OXŞAR XƏBƏRLƏR