Şahin Məmmədov Əhəd Abıyevin qardaşını işdən çıxardı
11:45 / 03.03.2020
4424
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.
Sfera.az bildirir ki, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub.
Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.
"Qafqazinfo” məsələ ilə bağlı N. Abıyevlə də əlaqə saxlayıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib. (qafqazinfo)