Sahildən tapdığı cisimi evinə gətirdi, EVİ PARTLADI
14:33 / 15.12.2020
2434
"Nadir tapıntıdır” deyə, evinə gətirdiyi cisim bomba çıxıb.
Sfera.az xəbər verir ki, İngiltərədə 38 yaşlı Codi Crevs və 8 yaşlı qızı sahildə gəzərkən yad bir cisim tapıblar.
Codi tapdığı cismin daşlaşmış qədim heyvanın qalıntıları olduğunu zənn edərək evinə gətirib.
Səkkiz yaşlı uşaq iynəni cismə vurduğu zaman partlayaraq evi yararsız hala salıb.
Sonradan polislərin araşdırmasından aydın olub ki, sözügedən cisim 80 il bundan qabaq gəmidən düşərək sahilə çıxan bir bomba olub.
Jalə Mehdi