Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı

Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı
 

Azərbaycan Beynəlxalq Bankının "Sahibkarlar Klubu” iş adamları üçün videotəlimlər layihəsinə start verir. Klubun təqdim etdiyi silsilə videotəlimləri izləməklə gündəlik fəaliyyət zamanı sahibkarlar üçün faydalı bilik və məlumatlar əldə etmək olar.

İlk videotəlimlərdə COVİD-19-la bağlı qlobal durumun biznes üçün yaratdığı reallıqlar nəzərə alınıb. Videotəlimlərin mövzuları COVİD-19 dövründə və ondan sonra biznesin daha səmərəli və effektiv qurulması, yeni imkanların tapılmasından ötrü sahibkarların xüsusilə diqqət etməli olduqları məsələlərə həsr edilib. Belə ki, sahibkarlar bu videotəlimlər vasitəsilə böhran dövründə bizneslərin dayanıqlığının qorunması və inkişafı üçün mühüm strategiyalar, biznes proseslərin avtomatlaşdırılması, effektiv satışın təşkili, sığorta, müqavilə öhdəlikləri ilə bağlı hüquqi mübahisələr, logistika zəncirinin qurulması və s. mövzularda maraqlı bilgilər əldə edəcəklər.

Karantin dövründə təşkil edilən distant toplantıların, sahibkarlarla tərəfdaşlar, müştərilər arasında keçirilən onlayn görüşlərin iş adamları üçün natiqlik, təqdimat bacarıqlarını xüsusilə aktuallaşdırdığını nəzərə alaraq bu mövzu da diqqətdən kənarda qalmayıb. Elə silsilənin ilk videotəlimi də sahibkarlar üçün ictimai natiqlik bacarıqlarına həsr edilib.

İctimai çıxışlar və korporativ kommunikasiya üzrə peşəkar təlimçilərdən olan Rəşad Bayramov öz videotəlimində sahibkarlara uğurlu çıxışın, effektiv onlayn kommunikasiyaların, həmsöhbəti inandırmağı bacarmağın, təqdimatlar zamanı vaxtı idarə etməyin və s. incəliklərini izah edəcək. Videotəlimlərin anonsunu buradan izləmək olar.
Qeyd edək ki, "Sahibkarlar Klubu”nu yaratmaqda Azərbaycan Beynəlxalq Bankının məqsədi kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...