Sahibkarlara MÜRACİƏT - Mayın 31-dək...

Sahibkarlara MÜRACİƏT - Mayın 31-dək...
 

Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

 

Sfera.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi, vergi ombudsmanı Elçin Məmmədov vergi ödəyicilərinin elektron xidmətlərdən daha çox faydalanmaları ilə bağlı müraciət edib.

 

E. Məmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar vergi orqanları qarşısında duran vacib məsələlərdən biri də vergi ödəyiciləri ilə lazımi səviyyədə kommunikasiyanın yaradılmasıdır: "Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, vergi ödəyicilərinə həmin mərkəzlərdə təqdim olunan bütün xidmətlər elektron formada davam etdirilir. Təqdim edilən elektron xidmətlər haqqında məlumat Vergilər Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib. Hazırda vergi ödəyiciləri tərəfindən ən çox müraciət Çağrı Mərkəzinə daxil olur. Mərkəz tərəfindən karantin dövrünə qədər zənglərin 99 faizi cavablandırılsa da, karantin dövründə zənglərin sayı kəskin artıb və bu rəqəm indi təxminən 45-50 faizə enib”.

 

E. Məmmədov "ASAN imza”ların verilməsi ilə əlaqədar olaraq daxil olan müraciətlər haqqında da məlumat verib. Bildirib ki, "ASAN imza”nın verilməsi ilə bağlı qaydalara əsasən vergi ödəyicisinin vergi orqanına gəlməsi və onun imzası tələb olunurdu. Lakin yaranmış vəziyyətlə əlaqədar olaraq Vergilər Nazirliyi "ASAN imza”nın verilməsini tamamilə elektronlaşdırıb. Son günlərdə vergi ödəyicilərinə elektron qaydada təxminən 7000 "ASAN imza” təqdim edilib. Bununla yanaşı, etibarlılıq müddəti bitən "Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilib.

 

E. Məmmədovun vergi ödəyicilərinə müraciətində Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergi ödəyicilərinin təhlükəsizliyi üçün faydalıdır.

(pravda)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...