Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur

Sahibkarlar qarşısında əlilliyi olan şəxsləri işə götürmək öhdəliyi qoyulur

Əlilliyi olan şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər məsuliyyətə cəlb olunacaq.


Sfera.az-ın APA-ya istinadla məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.


Sazişə əsasən, tərəflər kvota üzrə məşğulluq qurumları və ya "DOST” mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri, kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi barədə öhdəlik götürüblər.

 

Tərəflərin öhdəlikləri sırasında müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallarının qarşısının alınması, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi səbəbindən əlilliyi olan işçilərin arzusu ilə Fərdi Reabilitasiya Proqramına uyğun olaraq, təqsirkar işəgötürən tərəfindən əlilliyi olan şəxslərin iş yerlərinin standartları nəzərə alınmaqla iş yerləri ilə təmin edilməsi, əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin Əmək Məcəlləsi ilə tənzimlənməsinə nəzarətin gücləndirilməsi, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən inklüziv və müyəssər iş şəraitində işləmək hüququnun təmin edilməsi də yer alıb. Eyni zamanda əmək münasibətlərində əlilliyə görə birbaşa və ya dolayısilə ayrı-seçkiliyə yol verilməməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verilməməsinin də təmin olunmasına çalışılacaq.


OXŞAR XƏBƏRLƏR

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...