Sahibə Qafarova Sankt-Peterburqa səfər etdi - FOTO

Sahibə Qafarova Sankt-Peterburqa səfər etdi - FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.

Sankt-Peterburqun "Pulkovo” hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr üzrə Komitə sədri Yevgeni Qriqoryev , Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək Forumda Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Forumda nümayəndə heyətinin üzvləri tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, öz fikirlərini açıqlayacaqlar.

Səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də gözlənilir. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 14-də başa çatacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova: "Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir"

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq e...

Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar. Sfera.az-ın məluma...

Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qubadlıya səfərdən foto paylaşıb. Sfera.az-ın məlumatına gör...

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin 37 saylı seçki dairəsindən  seçilən deputatı  Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasınd...

Prezident və birinci xanım açılışda iştirak etdilər - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Y...

Prezident Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni ...