Sahibə Qafarova: \"Onlar ədalət qarşısında mütləq cavab verəcəklər\"
18:58 / 26.02.2021
2072
"Xocalı faciəsinin 29-cu ildönümündə bu faciənin qurbanı olmuş günahsız həmvətənlərimizi rəhmətlə anırıq. Xocalı soyqırımı müasir dünya tarixinin ən qanlı səhifələrindən biridir".
Sfera.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova özünün rəsmi feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, soyqırımı cinayətinin günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər.