Sahibə Qafarova Ermənistanın mina xəritələrini vermədiyini BQXK rəsmisinin diqqətinə çatdırdı

Sahibə Qafarova Ermənistanın mina xəritələrini vermədiyini BQXK rəsmisinin diqqətinə çatdırdı
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb.

Sfera.az xəbər verir ki, toplantıda Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyi vurğulanıb.

Milli Məclisin sədri qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın azərbaycanlı itkin düşüb: "Bu gün də onların taleyindən xəbər yoxdur".

S.Qafarova xatırladıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Bu gün onların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması və öz torpaqlarına qaytarılması Azərbaycan üçün prioritet məsələdir".

Parlamentin sədri qeyd edib ki, artıq "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur və münaqişə bitib: "Bəzi beynəlxalq təşkilat təmsilçiləri tərəfindən bu ifadənin işlədilməsi qəti yolverilməzdir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır".

O, görüş çərcivəsində Ermənistanın bütün beynəlxalq qanunları pozaraq mina xəritələrinin hələ də Azərbaycana təhvil vermədiyini də Birgitte Bischoff Ebbesenin diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiyada səfərdədir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Səudiyyə arasında məsləhətləşmələr keçirildi

Noyabrın 29-da Əl-Riyad şəhərində Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib. ...

Gənclər və idman nazirinə 2 yeni müavin təyin edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova iki müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Preziden...

Gənclər və İdman Nazirinin 2 müavini vəzifələrindən azad edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun iki müavini vəzifədən azad edilib. Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Baş prokuror Koreya səfiri ilə görüşdü - FOTOLAR

Noyabrın 29-da Azərbaycan Baş prokuroru Kamran Əliyev Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opla görüşüb. Bu barədə Sfera.az-a B...

Ərdoğan: "İlham Əliyev Soçi görüşü ilə bağlı mənə dedi ki..."

"2013-cü ildə bir ifadəm var idi, "21-ci əsr Türkiyənin əsri olacaq” demişdim və hazırda bu reallaşmaqdadır. Bu məsələdə türkdilli dövlətlərin liderləri mühüm m...

Prezident üç qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. ...