Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşdü - FOTO

Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşdü - FOTO
Sahibə Qafarova məruzəçi Pol Qavan tərəfindən hazırlanan "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri" adlı hesabat haqqında danışaraq ümid etdiyini bildirib ki, sənəd obyektiv və ədalətli olacaq. Sədr deyib ki, Azərbaycan həmişə AŞPA-da artıq həllini tapmış Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, qaçqınlar və məcburi köçkünlərin məsələləri haqqında müzakirələrin aparılmasını və müvafiq obyektiv sənədlərin qəbul olunmasını istəyib və bununla bağlı dəfələrlə təşkilatda məsələ qaldırıb. İndi hazırlanan hesabat obyektiv faktlara əsaslanmalı və AŞPA ədalətli bir yanaşma ortaya qoymalıdır.

Daha sonra Sahibə Qafarova diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib. O bildirib ki, 30 il ərzində münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Nəhayət ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etdi və öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.


Məruzəçi Pol Qavanın Ermənistanda yalnız Yerevan şəhərində səfərdə olduğu üçün, Azərbaycanda da təkcə Ağdam şəhərinə gedəcəyi barədə məlumata münasibət bildirən spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğala məruz qalmayıb, Ermənistan ərazisində nə müharibə olub, nə də orada müharibə dağıntıları var. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında isə Ermənistanın işğalçılıq siyasətinin, terrorunun, Ermənistanın müharibə cinayətlərinin izlərinə rast gəlindiyini vurğulayan Sahibə Qafarova təəssüf hissi ilə qeyd edib ki, Pol Qavan Gəncə şəhərinə səfər etməyəcək. Qeyd edib ki, Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket zərbələri nəticəsində mülki insanlar həlak olublar. Əgər məruzəçi gedib orada Ermənistan tərəfindən törədilən hərbi cinayətləri, terroru öz gözləri ilə görsə, onda hazırlayacağı hesabat daha dolğun ola bilər.

Pol Qavanın Ağdam şəhərinə səfəri zamanı Ermənistan tərəfindən törədilən dağıntılara şahid olacağını bildirən Sahibə Qafarova vurğulayıb ki, Ağdam bu gün sözün həqiqi mənasında Xirosimanı xatırladır. Ermənistan 30 il ərzində işğal altında saxladığı Ağdamda və bu gün işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb.

Görüşdə S.Qafarova Azərbaycanın regionda davamlı sülhün təmin olunmasını istədiyini, bunun üçün lazımi addımları atdığını və bundan sonra da atmağa davam edəcəyini qeyd edib. Lakin Ermənistan təxribatçı əməllərindən əl çəkmir, sərhəddə təxribatlar törədir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etməsinin müharibə cinayəti olduğunu vurğulayaraq qeyd edib ki, son dövrlərdə 140-dan çox şəxs Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində həlak olub və yaralanıb. Bunların sırasında hərbi qulluqçularla yanaşı mülki şəxslər də olub. Təkcə Ağdam rayonunda Ermənistan tərəfindən 97 min tank və piyada əleyhinə mina basdırılıb. 30 il ərzində Ermənistanın işğalı altında qalan digər şəhər və rayonlarımızda da vəziyyət eynidir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana minalanmış ərazilərin xəritəsini təqdim etməsi üçün təzyiq göstərməli, ondan müharibə cinayətlərinə son qoymasını tələb etməlidir.


Səmimi qəbula və ətraflı məlumatlara görə minnətdarlığını bildirən AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan hazırlayacağı hesabatın obyektiv və ədalətli olmasına çalışacağını bildirib. O bu məruzənin humanitar məqsədlər daşıyan sənəd olacağını vurğulayıb. Məruzəçi ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə də danışıb və bu görüşlərdə aparılan fikir mübadiləsini müsbət qiymətləndirib.
Pol Qavan Azərbaycanın AŞ ilə əməkdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, ölkəmizin öz öhdəliklərinə münasibəti və icrası təqdirəlayiqdir. O, bu görüşdə qaldırılan bir çox məsələlərin hesabatda əksini tapacağını da sözlərinə əlavə edib.

Görüşdə həmçinin Milli Məclislə AŞPA arasında münasibətlərə dair də fikir mübadiləsi aparılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rəşad Nəbiyev IAF nümayəndələri ilə görüşdü

Ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib. Sfera.az xəbər verir ki, bu barədə Nəql...

Prezident Xəzər rayonunda yarımstansiyanın açılışını etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq "Buzovna-1” yarımstansiyasının açılışında iştira...

Prezident Mikayıl Abdullayevlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sfera.az  xəbər verir ki, sərəncamda dey...

Prezident “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda "Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib. ...

Prezident və xanımı Xocavənddə - FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Xocavənddə olublar. Sfera.az xəbər verir k...

Sahibə Qafarova Koreya Milli Assambleyasının sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq ilə görüşüb. Sfera.az xəb...