"Şahənşah" restoranında zəhərlənmə ilə bağlı toy sahibi danışdı: "Bəyin vəziyyəti hələ normallaşmayıb"

Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi detallar məlum olub.

Sfera.az  xəbər verir ki, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib:

"İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Dayım oğlunun mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə hələ də ev şəraitində müalicə alır".

T. Məhəmmədov qeyd edib ki, qardaşı Elvinin (bəy) vəziyyəti hələ də normallaşmayıb, amma buna baxmayaraq restoran faktı təsdiqləmir:

"Toydan bir gün sonra restoranla əlaqə saxladıq və baş vermiş hadisəni bildirdik, ancaq onlar "belə bir şey ola bilməz" dedilər. Toyda böyüklərdən başqa, uşaqlar arasında da zəhərlənmə olub, amma xoşbəxtlikdən onlarda ciddi pozuntu aşkarlanmayıb".

Bəyin qardaşı əlavə edib ki, xəstələrin çağırışına gələn təcili tibbi yardım briqadası onların qidadan zəhərləndiklərini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLAR

Neft sənayesi Azərbaycan iqtisadiyyatının lokomotivi hesab olunur. Ona görə də ölkənin neft sənayesi obyektlərinin, boru xəttlərinin, neft quyularının təhlükəsi...

Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

 "Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır,...

İsmayıllı şəhəri ərazisində reydlər davam edir

"05 avqust 2020-ci il tarixdə növbəti reyd keçirilib. Şəhər ərazisində olan marketlər, həmçinin bazar və bazarətrafı ərazidə yerləşən ticarət, ictimai iaşə, x...

Atəşkəs 35 dəfə pozulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka...

Kommunal borclar silinir? - Açıqlama

Karantin rejiminin 31 avqustadək qüvvədə olması və iş yerlərinin tam açılmaması yenidən başqa problemləri, kommunal xərcləri gündəmə gətirir. Məlumdur ki,...

Rəşad Sadıqova ağır itki

Millimizin sabiq futbolçusu, "Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqova ağır itki üz verib. Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, onun atası Fər...