“Şahdağ”a qatar yolu çəkiləcək - 3 milyon manata
20:15 / 17.12.2019
2544
"Şahdağ”a gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb.
Sfera.az bildirir ki, bunu "Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq üç milyon manat pul ayrılıb: "Bu işi Türkiyənin şirkətlərindən biri həyata keçirəcək”.