“Şahdağ” MDB-də ən populyar beş kurortdan biridir - REYTİNQ

“Şahdağ” MDB-də ən populyar beş kurortdan biridir - REYTİNQ

Azərbaycanın "Şahdağ” kurortu Rusiyanın və MDB ölkələrinin dağlarında fəal yay istirahəti üçün ən populyar yerlərdən biridir.

Belə ki, "Şahdağ” kurortu"TurStat” analitik agentliyinin təqdim etdiyireytinqdəyer alıb.

Agentlik fəal istirahət və yay trekinqi üçün Rusiyanın və MDB ölkələrinin dağ kurortları reytinqini təqdim edib.

"TurStat”ın araşdırmasına əsasən, kurortların ilk onluğuna Soçidəki Krasnaya Polyana, Almatıdakı Çimbulak, Krımdakı Krım dağları, Azərbaycandakı "Şahdağ” kurortu, Qaraçay-Çərkəzdəki Dombay və digərləri daxildir.

Dağ kurortlarının siyahısı populyarlıq, infrastrukturun inkişafı və nəqliyyatın əlçatanlığı üzrə aparılmış təhlilin nəticələri əsasında tərtib edilib.

 


OXŞAR XƏBƏRLƏR