Sevərək yediyimiz qarğıdalını niyə həzm edə bilmirik?

Sevərək yediyimiz qarğıdalını niyə həzm edə bilmirik?

Qarğıdalı yedikdən sonra qəbizlik olması bir çox insana tanışdır. Bu vəziyyət ilk baxışdan həzm olunmadığını düşündürə bilər. Ancaq həqiqət bir az fərqlidir. Görüntü qarışıq olsa da, bədən əslində öz işini görür. Qarğıdalının həzm prosesi kənardan göründüyü qədər sadə deyil.


Sfera.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.


Sirr qarğıdalı taxılının xarici qabığında gizlidir. Qabıq qarğıdalının genetik materialını qoruyan qalın selüloz qatından ibarətdir. Başqa sözlə, qarğıdalı əslində bir toxumdur və bu qabıq təbiətdəki sərt şərtlərə davamlı olaraq inkişaf etmişdir. İnsan orqanizmində sellülozu həzm etmək üçün ferment yoxdur. Buna görə də mədə və bağırsaqlarımız qarğıdalının bu xarici təbəqəsini parçalaya bilməz.
 

Ancaq bu, qarğıdalıların hamısının həzm olunmadığı anlamına gəlmir. Əslində, o xarici qabığın xaricində qalan nişasta, lif, C vitamini və maqnezium kimi bir çox qida bağırsaqlarımız tərəfindən sovrulur. Başqa sözlə, xarici görünüşə aldanmayın; həzm sistemi öz işini çox yaxşı yerinə yetirir.
 

Dietoloqların fikrincə, qarğıdalı daha asan həzm etməyin yolu emaldan keçir.
 

Soyutma, bişirmə və buna bənzər proseslər sellüloza kimi həzm edilməsi çətin olan strukturları parçalamağa kömək edir. Bazardan aldığımız qarğıdalı məhsullarının əksəriyyəti artıq bu proseslərdən keçib.
 

Bununla belə, burada diqqət çəkən bir məqam var; bu emal məhsulları lif və qida dəyərinin çoxunu itirmiş qarğıdalıdır. Beləliklə, işlənmiş forma daha asan həzm olunsa da, daha az qidalı ola bilər.

 

Qarğıdalı yeyərkən daim bağırsaqların işlədiyini görmək əslində qarğıdalını təbii və minimal işlənmiş formada istehlak etdiyinizə işarədir. Bu, bədəninizin həzm sisteminin işlədiyini və qarğıdalının qidalarını mənimsədiyini göstərir.
 

Əlbəttə ki, bu hal xoşunuza gəlməyə bilər, lakin bu, qeyri-sağlam qidalandığınız anlamına gəlmir. Əslində liflə zəngin olan qarğıdalı bağırsaq hərəkətlərini dəstəkləyərək həzm sistemini də dəstəkləmiş olur.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...