Əvvəllər insanlar niyə arıq olub ? - Mütəxəssislər səbəbləri açıqladı

Əvvəllər insanlar niyə arıq olub ? - Mütəxəssislər səbəbləri açıqladı

Keçmişdə küçələrdə daha çox incə və formada insanlar görünərkən, bu gün artıq çəki problemi geniş yayılıb. Kaliforniyalı qidalanma mütəxəssisi Autumn Bates və diyetoloq Gülçin İşık bu dəyişikliyin əsas səbəblərini araşdırıb.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Batesin açıqlamasına görə, 1960-cı illərdə ABŞ-də piylənmə nisbəti cəmi 13 faiz idisə, bu gün bu rəqəm 43 faizə çatıb. Mütəxəssislər bu artımın səbəblərini dörd əsas başlıq altında toplayıb:

 

1. Əvvəllər yeməklər daha çox evdə hazırlanırdı. Həmin dövrdə insanlar daha çox evdə bişirilmiş yeməklər yeyirdi. Tərəvəz, meyvə, ət və süd məhsulları balanslı şəkildə istifadə olunurdu. “Fast food” isə nadir görülürdü. Mütəxəssislər qeyd edir ki, ev yeməkləri daha az şəkər və yağ, daha çox protein və lif tərkibli idi.

 

2. Ultra emal olunmuş qidalar yox idi. Hazırda insanların qida rasionunun təxminən 70 faizi ultra emal olunmuş məhsullardan ibarətdir. Bu məhsullar doyma hissini azaldır, daha çox yeməyə səbəb olur və orqanizmə ciddi ziyan vurur.

 

3. Daha aktiv həyat tərzi var idi. Texnologiyanın az inkişaf etdiyi dövrdə insanlar istər məcburi, istərsə də vərdiş olaraq daha çox hərəkət edirdi. İctimai nəqliyyatdan çox istifadə olunurdu, uşaqlar çöldə oynayır, böyüklər isə daha fiziki işlərlə məşğul olurdu.

 

4. Daha keyfiyyətli və uzun yuxu olurdu. 60-cı illərdə insanlar orta hesabla 8-9 saat yatırdı. İndi isə yuxu müddəti azalıb və texnologiyanın təsiri ilə yuxunun keyfiyyəti də aşağı düşüb. Yuxusuzluq isə iştahı artıran hormonların aktivləşməsinə səbəb olur.

 

Bu amilləri nəzərə alaraq mütəxəssislər bir sıra tövsiyələri irəli sürüblər:

 

“İnsanlar evdə yemək bişirmək vərdişinə qayıtmalıdırlar. Ultra emal olunmuş qidalardan uzaq durmalı, daha çox hərəkət edilməli və yuxu rejimi düzgün tənzimlənməlidir”.

 

Mütəxəssislər bildirir ki, 60-cı illərin sadə və balanslı həyat tərzi, bu gün artıq çəkidən əziyyət çəkən bir çox insan üçün model ola bilər.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...