Avropada genetik fəlakət - Donor 10 uşağa ölümcül xəstəlik ötürüb

Avropada genetik fəlakət - Donor 10 uşağa ölümcül xəstəlik ötürüb

Avropada genetik xəstəliklə bağlı narahatedici bir hadisə baş verib. Nadir rast gəlinən xərçəng növünə səbəb olan genetik mutasiyanı daşıyan bir donorun sperması ilə dünyaya gələn 67 uşaqdan 10-na xərçəng diaqnozu qoyulub. Hadisə “genetik fəlakət” kimi qiymətləndirilir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, iki ayrı ailənin uşaqlarında nadir genetik mutasiyaya bağlı xərçəng halları müşahidə edildikdən sonra üzə çıxıb.

 

Müstəqil şəkildə süni mayalanma klinikalarına müraciət edən ailələrin istifadə etdiyi spermlərin eyni Avropa Sperm Bankından əldə olunduğu müəyyən edilib. Araşdırmalar nəticəsində donorun bəzi sperma nümunələrində “TP53”genində təhlükəli bir mutasiya aşkar edilib. Bu mutasiya, ciddi irsi xərçəng riski yaradan “Li-Fraumeni sindromu” ilə əlaqələndirilir.

 

Avropanın müxtəlif genetik və pediatriya mərkəzləri tərəfindən aparılan araşdırmalar zamanı 8 ölkədə 46 ailəyə aid 67 uşaq test edilib. Onlardan 23-də mutasiya müəyyən olunub və 10 uşağa xərçəng və “non-Hodgkin lenfoma” daxil olmaqla müxtəlif növ xərçənglər diaqnozu qoyulub.


Fransanın Rouen Universitet Xəstəxanasının biologiya mütəxəssisi Edvige Kasper bu məsələni İtaliyanın Milan şəhərində keçirilən Avropa İnsan Genetikası Cəmiyyətinin konfransında təqdim edib.

 

O bildirib:


“Avropa üzrə hər donor üçün doğulan uşaq və ailələrin sayına məhdudiyyət qoyulmalıdır. Bu, genetik xəstəliklərin anormal yayılmasının qarşısını almaq üçün vacibdir”.

 

Kasper əlavə edib ki, bütün donorlar üçün tam genom analizi aparmaq real deyil, lakin bu kimi hallar genetik risklərin nə qədər ciddi ola biləcəyini göstərir.

 

Avropa Sperm Bankı hər donor üçün 75 ailə limiti tətbiq etdiyini bildirərək, bu hadisədə bütün əlaqədar klinikaların məlumatlandırıldığını açıqlayıb.

 

Mütəxəssislər süni mayalanma sahəsində genetik yoxlamaların gücləndirilməsini və donor istifadəsində sərt beynəlxalq qaydaların tətbiqini tələb edirlər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...