Çinlilərdən önəmli kəşf - Qaranlıqda da görmək mümkün olacaq

Çinlilərdən önəmli kəşf - Qaranlıqda da görmək mümkün olacaq

Çinli alimlər insanlara qaranlıqda və gözləri bağlı halda görmək imkanı verən innovativ kontakt linza hazırladıqlarını açıqlayıblar. Yeni texnologiya insan gözü üçün görünməyən infraqırmızı şüaları görünə bilən işığa çevirərək “göz qapalı görmə” dövrünü başlada bilər.


Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Çin Elm və Texnologiya Universitetindən professor Tian Xue və komandası tərəfindən hazırlanan linzalar, infraqırmızı şüaları qəbul edən nano hissəciklər vasitəsilə işləyir.

 

Bu hissəciklər, infraqırmızı şüanı qırmızı, yaşıl və mavi dalğa uzunluqlarına çevirərək insan gözünün onları görməsini təmin edir.


Digər gecə görmə cihazlarından fərqli olaraq, bu kontakt linzaların enerji mənbəyinə ehtiyacı yoxdur. Onlar elastik və şəffaf polimer materialdan hazırlanır və linzaların içində yerləşdirilən nano hissəciklər hesabına işləyir. Linzalar infraqırmızı işığı aşkar edib onu görünən rənglərə çevirir.


Tədqiqatın nəticələri “Cell” jurnalında dərc olunub. Alimlər bildirirlər ki, bu texnologiya yalnız qaranlıqda deyil, eyni zamanda dumanlı və tozlu mühitlərdə də effektiv ola bilər. Bunun səbəbi, infraqırmızı şüaların görünən işıqdan daha dərin nüfuzetmə qabiliyyətinə malik olmasıdır.


Araşdırma zamanı kontakt linzalar siçanlar üzərində sınaqdan keçirilib. Linza taxılmış siçanlar qaranlıqda infraqırmızı işıqla dolu bir mühiti seçə bilib, bu da onların yeni işıq növünü görə bildiklərini göstərib. Beyin fəaliyyətinin izlənməsi də bu nəticəni təsdiqləyib.


Hazırda texnologiyanın görüntü keyfiyyəti hələ tam ideal olmasa da, eyni prinsip əsasında işləyən və daha aydın görüntü təqdim edən xüsusi eynəklər də hazırlanıb.
Maraqlı məqamlardan biri də budur ki, linzalar gözlər bağlı olanda daha güclü effekt göstərir. 


Bu texnologiyanın gələcəkdə rəng korluğu yaşayan şəxslərə kömək məqsədilə uyğunlaşdırılması da planlaşdırılır. Fərqli infraqırmızı dalğa boyları fərqli rənglərə çevrilərək normalda görünməyən tonların tanınmasına şərait yarada bilər.


Mütəxəssislər hesab edirlər ki, bu texnologiya gələcəkdə insan görmə imkanlarını tamamilə yeni bir mərhələyə daşıya bilər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...