Enerji içkiləri qan xərçənginə səbəb olur? - “Taurin gənclərin inkişafını zəiflədir”

Enerji içkiləri qan xərçənginə səbəb olur? - “Taurin gənclərin inkişafını zəiflədir”

Son dövrlərdə ABŞ-də aparılan bəzi tədqiqatlarda taurin adlanan maddənin leykoz (qan xərçəngi) və digər hematoloji xəstəliklərlə mümkün əlaqəsinin olmasına dair elmi şübhələr yaranıb. Taurin maddəsi enerji içkilərinin tərkibində yüksək miqdarda olur. Belə içkilərin 99,9%-nin tərkibində taurin olduğu bildirilir.
Lakin bu iddiaların hələ ki, elmi baxımdan tam təsdiqlənmədiyi, yalnız fərziyyələr üzərində qurulduğu qeyd olunur. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Tibb üzrə fəlsəfə doktoru, həkim Fərid Müseyibov bildirib ki, xərçəngin yaranmasında müxtəlif faktorlar, yəni genetik meyllilik, hormonal disbalans, siqaret, spirtli içkilər, artıq çəki, hətta ağır stress və ya travmalar da rol oynaya bilər:


“Xərçəngin tam olaraq necə yarandığı bu günə qədər dəqiq məlum deyil. Əlbəttə, risk faktorları var: genetik meyillilik, hormonal disbalans, artıq çəki, siqaret, spirtli içki istifadəsi və s. Amma heç bir halda bir maddəni tam və birbaşa səbəb kimi göstərmək düzgün deyil. Bəzən hətta psixoloji travmalar, qorxu və ya ciddi stress faktorları da xərçəngin yaranması riskini artırır”.


Həkim qeyd edir ki, əgər taurin qəbul ediləcəksə, bu, təhlükəsiz dozalarda və təbii mənbələrdən olmalıdır:


“Taurin onsuz da bizim bədənimizdə var. Biz onu ətdən, balıqdan, yumurtadan, süd məhsullarından alırıq. Yəni, bu maddə zərərli deyil. Amma məsələ odur ki, insanlar bu maddəni təbii şəkildə deyil, süni formada, xüsusilə də enerji içkiləri ilə aldıqları zaman miqdar çoxalır və orqanizmə ziyan verə bilər”.


F.Müseyibov bildirir ki, əsas problem taurinin özü ilə deyil, onun hansı formada və hansı kontekstdə qəbul edilməsidir: 


“Enerji içkilərində yalnız taurin olmur, bunlar həm də yüksək miqdarda kafein, şəkər, sintetik ətirvericilər və digər stimulyatorlarla zəngindir. Bu komponentlər birlikdə istifadə olunanda, xüsusən gənc və inkişafda olan orqanizm üçün təhlükə yarada bilər”.


Hematoloq N.Məmmədova da taurinin bioloji funksiyalarını təsdiqləyərək qeyd edib ki, bu maddə antioksidant xüsusiyyətə malikdir və hüceyrə səviyyəsində müdafiə funksiyası yerinə yetirir. Lakin sintetik və yüksək dozada qəbul edilən taurin sağlamlıq üçün potensial təhlükə daşıyır:


“Gündə 3000 mq-dək taurin təhlükəsiz hesab olunur. Amma enerji içkiləri ilə bu dozanı keçmək mümkündür. Bu zaman ürək ritmi pozğunluğu, mədə-bağırsaq problemləri, yuxusuzluq və psixoloji narahatlıqlar yarana bilər”.


Bir çox ölkələrdə bu səbəbdən gənclər arasında enerji içkilərinin satışı məhdudlaşdırılıb və ya xüsusi yaş həddi tətbiq edilib. Mütəxəssislər isə oxşar tədbirlərin Azərbaycanda da tətbiqini vacib sayırlar.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...

"Şrek" obrazına ilham verən güləşçi - FOTO

“Fransız mələyi” kimi tanınan güləşçi Maurice (Moris) Tilletdə əllər, ayaqlar və üz cizgilərinin hədsiz dərəcədə şişməsinə səbəb olan akromeqaliya x...