Bel yırtıqları nədən yaranır? - Mütəxəssis İZAH ETDİ

Bel yırtıqları nədən yaranır? - Mütəxəssis İZAH ETDİ

Son zamanlar getdikcə artan sağlamlıq problemlərindən biri də bel yırtıqları ilə bağlıdır. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən fizioterapevt Ramin Quliyev deyib ki, ümumiyyətlə, bel nahiyəsində 5 ədəd fəqərə var:

 

“Bunlar  L1, L2, L3, L4 və L5 adlanan sümüklər və disklərdir. Bel fəqərələri arasından çıxan ayağa doğru uzanan sinirlər mövcuddur. Hansı ki, bu sinirlər ayaq əzələlərində ağrı, isti, soyuq, təzyiq və.s kimi duyğuları daşıyır. Disklər zədələndikdə - məsələn, hər hansı travmadan, yüklənmə, yanlış hərəkət, həddindən artıq çəki, su itirilməsi, vaxt keçdikcə zəifləmədən yırtıq yaranır. Bel yırtığının əsas əlamətləri var: Bel ağrısı, ayağa yayılmış ağrı və uyuşma, reflex itkisi, hərəkət məhdudluğu və ayaqda bəzi əzələlərin işləməməsi və.s”.

 

Mütəxəssis bel yırtığının yaranma səbəblərindən də söz açıb:

 

“Bu, diskin jeleyə bənzər toxumanın ərtafını saxlayan fibroz həlqəli toxumanın yırtılması nəticəsində əmələ gəlir. Buna səbəb isə 90% zəiflik və 10% yüklənmədir. Beləliklə, ağır yük və ya ağır iş deyil, zəif və qüvvəti az olan bir disk yırtığa səbəb olur. Yəni disk müəyyən yükü qaldırmaq üçün artıq zəifdir. Bel yırtığının yaranmasına gətirib çıxaran diskin quruluşu, zədələnmədən sonra sağalan toxumalara bənzəyir. Yəni yırtıqların əksəriyyəti sağalan bir toxumadır. Xəstədə refleks, hissiyyat və ya hərəkət məhdudiyyəti yoxdursa, bel yırtıqlarının əksəriyyəti sağala bilər”.

 

Günay 

 

 


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.   Sfera.az xəbər verir ki,  bu f...

"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.   Maraqlıd...

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: "Caller ID Spoofing" nədir, necə tətbiq olunur? - XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu b...

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...