Bayram tətilindən sonra işə adaptasiya olmaq üçün nələr etməliyik? - TÖVSİYƏ

Bayram tətilindən sonra işə adaptasiya olmaq üçün nələr etməliyik? - TÖVSİYƏ

Bayram günlərindən sonra işə adaptasiya olmaq bəzən çətin ola bilər. Bəzi insanlar bayram dövründə rahatlayır, iş rejimindən uzaqlaşır və tətil ovqatına köklənirlər. 

 

Sfera.az bildirir ki, mütəxəssislər bu keçid dövrünü daha rahat etmək üçün bəzi məsləhətlər verirlər.


Məsələn, psixoloqların fikrincə, bayramdan sonra birdən-birə işə başlamamaq, bir neçə gün əvvəlcədən iş rejiminə tədricən geri qayıtmaq tövsiyə edilir. Bu, həm yuxu rejimini tənzimləməyə, həm də psixoloji olaraq iş günlərinə hazırlaşmağa kömək edir. Həmçinin qeyd edilir ki, işə başlarkən kiçik və əlçatan hədəflər təyin etmək adaptasiyanı asanlaşdırır. 


İlk günlərdə daha sadə işlərlə məşğul olmaq, daha böyük layihələrə tədricən keçmək iş tempinə uyğunlaşmağınıza kömək edə bilər.


Bəzi psixoloqların fikrincə,ilk iş günləri boyunca qısa fasilələr etmək və ya işdən sonra özünüzə vaxt ayırmaq yorğunluğu azaltmağa və məhsuldarlığı artırmağa kömək edir. İşə qayıtmaq stresli olsa da, mütəxəssislər bayram dövründən əldə edilən enerjini və pozitivliyi işə də köçürməyi tövsiyə edirlər. Bayram dövründə topladığınız gücü yeni ildə işdə irəliləyiş əldə etmək üçün istifadə edə bilərsiniz.


Bayram müddətində topladığınız yeni təcrübələr və rahatlamış zehniyyət işə fərqli yanaşma ilə başlamağınıza kömək edə bilər. Bayramdan sonra işə geri qayıtmaq yeni fürsətləri dəyərləndirmək və məqsədlərinizə fokuslanmaq üçün bir fürsətdir.  Bu addımlar bayram sonrası iş rejiminə adaptasiyanı yüngülləşdirir və işdəki məhsuldarlığınızı artırır.


Türkan
 


OXŞAR XƏBƏRLƏR

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...

Təyyarə qəzasında həlak olan pilotun qızı “Azərbaycan” mahnısını oxudu - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   ...

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək

Bu il Macarıstan və Azərbaycanda TDT-nin zirvə görüşləri keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo...