"Şəkərli diabeti olan insanlar əlillik almaq istəyir" - Rəşad Mahmudov

"Şəkərli diabeti olan insanlar əlillik almaq istəyir" - Rəşad Mahmudov

“Ölkəmizdə əlillik verilməyən insanların 99 faizinə bu, həqiqətən də düşmür”. 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müzakirəsi zamanı deyib.


“Cəmiyyətdə xəstəliklə əlilliyi qarışdıran insanlar var. Şəkərli diabeti olan insanlar var ki, əlillik almaq istəyir. Əvvəllər 50 mindən çox insan kəskin infarkt zamanı şəhərə gəlirdisə, indi rayonlarda vətəndaşlar açıq ürək əməliyyatı da etdirə bilirlər. Orqan transplantasiyasında da ciddi irəliləyişlər var. Bugünkü qanunlar düzgündür, sadəcə insanların düşüncəsini dəyişdirmək vaxt aparacaq”, - millət vəkili bildirib.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR