Rusiyada bağça və məktəblərdə Koksaki virusu yayılıb - Simptomları...

Rusiyada bağça və məktəblərdə Koksaki virusu yayılıb - Simptomları...

Rusiyada bağça və məktəblərdə uşaqlar arasında Koksaki virusuna yoluxma halları qeydə alınıb. 

 

Sfera.az bildirir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

 

Qeyd olunub ki, müxtəlif bölgələrdə, o cümlədən Moskva və Vladimir vilayətlərində, Krasnodarda valideynlər uşaqlarda xəstəliyin əlamətlərini müşahidə ediblər. “Ümumilikdə 20-dən çox uşaq yoluxub”, - kanalda bildirilib.

 

Valideynlərin sözlərinə görə, simptomlar arasında ayaq və əllərdə qabarcıqlar, qızdırma və stomatit var. “Onlar uşaqlarının səyahət tədbirlərində və ya idman görüşlərində yoluxmuş ola biləcəyindən qorxurlar”, - yazıda vurğulanıb.

 

Xatırladaq ki, daha əvvəl Türkiyənin Belek şəhərində istirahət edənlər arasında Koksaki virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması ilə bağlı məlumatlar ortaya çıxıb. 

 

Qeyd edək ki, Koksaki kiçikyaşlı uşaqlarda özünü ağız ətrafında, ağzın içində, əllərdə və ayaqlarda büruzə verən bir virusdur. Mütəxəssislərin dediyinə görə, ona adətən 3-10 yaşarası uşaqlarda rast gəlinir.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...

Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı...

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.    Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konq...

Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ

2025-ci il yanvarın 1-dən işləməyən vətəndaşlar üçün pensiya artırılıb. Sfera.az  “News24.az”a istinadən xəbər verir ki, bir şəxsin p...