Qışda ayaqları daim üşüyən adamlara MƏSLƏHƏT

Qışda ayaqları daim üşüyən adamlara MƏSLƏHƏT

Bir çoxları qışda ayaqlarının daim üşüdüyündən şikayətlənir. Lakin ayaqlarınızı isitməyin bir neçə yolu var.

Sfera.az lent.az-a istinadən qışda ayaqları isitməyin asan yolları ilə sizi tanış edir.

Doğru corablar seçin

Ayaqlarınızı isitmək istəyirsinizsə, pambıq əvəzinə yun corablar seçin. Pambıq corablar ayaqdakı təri əmərək nəmlənir, nəmli corablar isə ayaqların üşüməsinə səbəb olur. Yun, xüsusilə merinos yunundan olan corablar tərləmənin qarşısını alır və ayaqları isti saxlayır.

Duş qəbul edin

Ayaqlarınızın donduğunu hiss edirsinizsə, isti duş qəbul edin. Ayaqlarınızı isti su dolu vannada da saxlaya bilərsiniz.

İsti maye için (Qəhvə yox!)

Yaşlıların da dediyi kimi, çölünüzü isitmək istəyirsinizsə, əvvəl içinizi isitməlisiniz. Bu məqamda bitki çayı və süd kimi isti içkilər, isti şorbalar isinmənizə kömək ola bilər. İsti içki seçiminizdə kafeinli içkilərdən uzaq durun. Kafeinli içkilər damarları daraldaraq daha çox üşümənizə səbəb olar.

Hərəkət edin

Ayaqlarınızın üşüməsinə mane olmağın ən yaxşı yolu qan dövranını təmin etməkdir. Bunun üçün isə ən yaxşı yol fiziki fəaliyyətdir. Uzun müddət oturmaq əzələləri boşaldır və ürək döyüntülərini zəiflədir. Bu da bədənin soyumasına səbəb olur. Yalnız evin içində yeriyərək belə, qan dövranını fəaliyyətə gətirə bilərsiniz.

Ayaqqabınıza qışlıq döşəmə yerləşdirin

Ayaqları isti saxlamağın daha bir yolu ayaqlarla yer arasındakı məsafəni artırmaqdır. Ayaqqabılarınızın içinə yerləşdirəcəyiniz qışlıq bazalar soyuğun içəri sızmasına mane olar.


OXŞAR XƏBƏRLƏR

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.  ...

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşır...

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşdü

Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.   Sfera.az xəbər verir...

Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf etdi

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.   Sfera.az xəbər ver...

Bu məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda məktəb direktoru işdən çıxarılıb. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki...

Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Supermodel, iş qadını və realiti-şou ulduzu Kendall Cenner imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, o, şəkillərini İnstaqramda payl...