Bu giləmeyvə şəkər xəstəliyindən qoruyur - Dietoloqdan MƏSLƏHƏT
Moruq yemək şəkər xəstəliyindən qoruyur.
Sfera.az xəbər verir ki, bunu “Rossiya 1” kanalında yayımlanan “Ən vacib şey haqqında” verilişində danışan diyetoloq Marina Makişa deyib.
“Bu giləmeyvə tərkibində alfa-amilaza fermentinin işini maneə törədən müəyyən maddələr var və bədənimizdəki bu ferment nişasta və karbohidratları parçalamalıdır. Buna uyğun olaraq, moruq karbohidratların parçalanma prosesini ləngitməklə, onların sorulması prosesini də ləngidir və daha az miqdarda qana daxil olur”, - deyə Makişa moruqun faydalarını izah edib.
Bu səbəbdən, dietoloqun qeyd etdiyi kimi, həkimlər insulin müqavimətinin və şəkər xəstəliyinin qarşısını almaq üçün qida rasionuna moruq daxil etməyi məsləhət görürlər. Bundan əlavə, moruq tibbi səbəblərdən qan şəkəri səviyyəsinə nəzarət edən xəstələrə tövsiyə olunur.
İnci