“Bu problem cinsi pozğunluq yaradır” - Həkimdən AÇIQLAMA

“Bu problem cinsi pozğunluq yaradır” - Həkimdən AÇIQLAMA

Dünyada insanların üzləşdiyi ən böyük problemlərdən biri də yuxusuzluqdur. Bir çox insanlar yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkirlər.

 

Bəs bu problem insan orqanizminə necə təsir göstərir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Aygün Qurbanova bildirib ki, yuxusuzluqdan əziyyət çəkən insanlarda unutqanlıq daha çox olur.

 

“Bu insanlarda diqqət, konsentrasiyanı cəm etməmək kimi problemlər meydana gəlir. Həmçinin kökəlməyə meyillilik olur. Ürək-damar sistemi problemləri inkişaf edərək infarkta səbəb olur. Təzyiqin yüksək olması isə hipertoniya xəstəliyinin yaranma riskini yüksəldir”.

 

Həkim qeyd edib ki, insanın yatmağına kömək edən menatolin maddəsi daha çox qaranlıq vaxtı ifraz olunur.

 

“İnsan oyaq qalan zaman həmin maddənin miqdarı azalır və insanda doyma hormonu yox olur. Bunun nəticəsində gecələr yemək yeməyə üz tuturuq, bu da piylənməyə və artıq çəkiyə səbəb olur. Yuxusuzluq qandakı şəkərin miqdarını sürətlə artırır və şəkərli diabet xəstəliyini yaradır. Bununla yanaşı, cinsi pozğunluğun yaranmasına da səbəb olur. Bu problemin digər bir fəsadı isə xərçəng xəstəliyidir. Yuxu pozulmasına qarşı tədbir görülməzsə, bu, ölümlə də nəticələnə bilər. Çünki yuxsusunu tam ala bilməyən insan gün ərzində olduqca yorğun olur. Bu da onun ehtiyatsızlığına, qəza törətməsinə də səbəb ola bilər. Məhz bu baxımdan deyə bilərik ki, yuxusuzluq olduqca böyük problemdir”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...

"Barselona" keçmiş məşqçisindən iPhone və iPad-i qaytarmağı xahiş edib

İspaniya "Barselona"sının rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xavidən klubun ona və işçilərinə şəxsi istifadə üçün verdiyi iPhone və iPad-i geri...