Bu qida “pis" xolesterolu AZALDIR - Həkimdən MƏSLƏHƏT

Bu qida “pis" xolesterolu AZALDIR - Həkimdən MƏSLƏHƏT

Amerikalı genetik Tim Spektor bildirib ki, yulaf əzməsi dəmir, B vitaminləri, zülal kimi qida maddələri ilə zəngindir və xolesterolu aşağı salmağa kömək edir.

 

Sfera.az xəbər verir ki, “Coventry Live” kanalına müsahibə verən Spektor yulaf əzməsini “pis" xolesterini azaltmaq üçün ideal qida adlandırıb. Onun sözlərinə görə, yulafın tərkibində aşağı sıxlıqlı həll olunan beta-qlükan lifi var və bu liflər lipoprotein səviyyələrini idarə etməyə kömək edir.

 

Həkim “pis" xolesterolla mübarizədə səmərəli nəticənin əldə edilməsi üçün hər gün yulaf əzməsi yeməyi məsləhət görür. Spektor onu da tövsiyə edib ki, tam təmizlənmiş yulafdansa, kəpək ilə qarışığı olan yulafdan hazırlanan yeməkləri yemək daha yaxşıdır. O, qabığı soyulmuş yulafları orqanizm üçün praktiki olaraq yararsız adlandırıb.

 

Qeyd edək ki, “pis" xolesterol dedikdə ağırlaşdırılmış lipoprotein (LDL) nəzərdə tutulur. Bu növ xolesterollar damarların divarlarında tıxanma yaratmağa meyilli olurlar. Bu tıxanmalar, qan axışını məhdudlaşdırır, ürəyin və beyinin oksigen təchizatını pisləşdirir.

 

“Pis" xolesterol ürək xəstəliklərinin və infarktın başlıca səbəblərindən biri hesab olunur. Bu səbəbdən, LDL səviyyəsinin mümkün qədər aşağı olması tövsiyyə edilir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian səfirliyimizə hücumdan danışdı: "Bu məsələni izləyəcəyik..."

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.   Sfera.az ...

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...