Bu müalicə üsulu ölümə SƏBƏB OLUR - Həkim XƏBƏRDARLIQ ETDİ

Bu müalicə üsulu ölümə SƏBƏB OLUR - Həkim XƏBƏRDARLIQ ETDİ

Səhiyyənin inkişafına baxmayaraq, insanlar el diliylə desək, türkəçarə üsullara üz tuturlar.

 

Bəs insanların bu müalicə üsullarına üz tutması nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Almaz İsmayılova bildirib ki, təbii vasitələrlə özbaşına müalicədə diqqətli olmaq lazımdır.

 

“Xalq təbabəti üsullarından ağır olmayan xəstəliklərdə istifadə etmək olar. Bəzən zob, mədə-bağırsaq sistemi, onkoloji, kəskin böyrək xəstəliyi olan pasiyentlər belə türkəçarə müalicə üsullarından istifadə edirlər: Xalq təbabəti bu insanlarda müalicənin gecikməsinə, daha çox ağırlaşmasına və hətta ölüm hallarına kimi gətirib çıxara bilər”.

 

Almaz İsmayılova qeyd edib ki, xəstəlik xroniki haldadırsa, bu zaman xalq təbabətinə, təbii vasitələrə üstünlük verilməlidir:

 

“Çünki xroniki xəstəliklərdə çox zaman təbii vasitələr effektiv nəticə göstərir. Orqanizm əlavə kimyəvi dərmanlardan azad olur. Müəyyən məqamlarda insanların soyuqdəymə və viruslardan qurtulmaq üçün xalq təbabətinə üz tutması başa düşüləndir. Çünki bu üsul əksər hallarda sağlamlığa zərərli deyil”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “ni...

Bu qidalar cinsi istəyi zəiflədir

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron...

15 saat dənizdə qayada ilişib qalan turist xilas edildi - FOTO

Portuqaliyanın Madeyra muxtar bölgəsində dənizdə qayaya ilişən polşalı turist hərbi pilotsuz uçan aparat tərəfindən xilas edilib.   Sfera.az xəbər veri...

Dənizə atılmış şüşədəki məktub 22 illik sirrin üstünü açmağa kömək etdi - FOTOLAR

12 yaşlı uşaq İngiltərənin Eastbourne şəhərində tənha çimərlikdə zibil yığarkən qeyri-adi kəşf edib. O, Con Darvinə aid olduğu güman edilən şüşə içərisində bir ...

Kristofer Kolumbun müəmmalı ölümü

İspaniyalı alimlər məşhur kəşfiyyatçı Kristofer Kolumbun ölümünün sirrini açıblar. Hindistana gedəcəyini düşünərkən Amerika qitəsini kəşf edən Kristofer Kolumbu...

"Barselona" keçmiş məşqçisindən iPhone və iPad-i qaytarmağı xahiş edib

İspaniya "Barselona"sının rəhbərliyi komandanın keçmiş baş məşqçisi Xavidən klubun ona və işçilərinə şəxsi istifadə üçün verdiyi iPhone və iPad-i geri...