Qəhvəni belə içmək zərərlidir – Həkim XƏBƏRDARLIQ ETDİ

Qəhvəni belə içmək zərərlidir – Həkim XƏBƏRDARLIQ ETDİ

 

Qəhvəni acqarına içmək insan sağlığı üçün müəyyən problemlər yaradır. İngiltərəli dietoloq Rob Hobson hesab edir ki, acqarına bir fincan qəhvə içmək mədə yanmasına və həzm çətinliyinə səbəb ola bilər.

 

Sfera.az İngiltərənin “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Hobsona görə, qəhvə mədənin selikli qişasını qıcıqlandıran, turşu istehsalını artıran və xoşagəlməz simptomlar yarada bilən yüksək turşulu içkidir.

 

O əlavə edib ki, bəzi insanlarda kofein qəbulu qida borusunun aşağı sfinkterini rahatlaşdırır, bu isə turşunun yemək borusuna axmasına və mədə yanması hissini yaradır. Dietoloq hesab edir ki, kofe hansısa yeməklə qəbul edilsə, bu təsirin qarşısını almaq olar. Bununla belə Hobson qeyd edib ki, qəhvəyə reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Əgər xoşagəlməz simptomlar müntəzəm olaraq ortaya çıxsa, dietoloq bu içkini menyudan çıxarmağı və ya istehlakını əhəmiyyətli dərəcədə azaltmağı tövsiyə edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Borrell: "Aİ Qəzzada sərhəd nəzarəti missiyasını bərpa etmək istəyir"

Avropa İttifaqının (Aİ) rəhbərliyi hərbi əməliyyatlar zamanı yaralanan və tibbi yardımsız qalan Qəzza sakinlərini təxliyə etmək üçün Qəzza zolağı ilə Misir aras...

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az UNESCO-nun saytına istinadla xəbər verir ki, Təhsilin Hücumdan Beynəlxalq M...

İraqın şimalında PKK-nın 21 mövqeyi DAĞIDILDI

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 21 mövqeyini dağıdıb.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ...

Prezident onlara VƏZİFƏ VERDİ - FOTO

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərə...

Alen Simonyan: "“Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"

“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.   Sfera.az Er...

Xaricdə yaşayan azərbaycanlı alimlərin Bakıda forumu KEÇİRİLİR

Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb.   Sfera.az xəbər verir ki, 23 ölkədən 80-dən çox azər...