Bayden yenidən koronavirusa yoluxdu - Həkimindən AÇIQLAMA

Bayden yenidən koronavirusa yoluxdu - Həkimindən AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden yenidən COVİD-19-a yoluxub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Ağ Ev açıqlayıb.

 

Məlumata əsasən, 81 yaşlı ABŞ Prezidenti Co Baydenin Las Veqasda qatıldığı tədbirdən sonrakı koronavirus testi müsbət çıxıb. Baydenin peyvənd edildiyi və yüngül simptomlar göstərdiyi bildirilir.

 

ABŞ prezidenti Delaver ştatında karantinə girəcək və bu müddət ərzində bütün vəzifələrini tam yerinə yetirməyə davam edəcək.

 

Baydenin həkiminin verdiyi yazılı açıqlamada isə qeyd olunub ki, prezident yorğunluq, burun axması və öskürək kimi yuxarı tənəffüs yolları simptomları ilə müraciət edib:

 

“Onun simptomları yüngüldür, tənəffüs tezliyi, qızdırma və nəbz normaldır. Bayden Pakslovid qəbul edib. Hazırda dövlət başçısı özünü yaxşı hiss edir".

 

Xatırladaq ki, Bayden ilk dəfə 21 iyul 2022-ci ildə koronavirusa tutulub və iyulun 27 sağalıb. İyulun 30-da yenidən testi müsbət çıxan Bayden avqustun 7-də sağalıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.    Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konq...

Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ

2025-ci il yanvarın 1-dən işləməyən vətəndaşlar üçün pensiya artırılıb. Sfera.az  “News24.az”a istinadən xəbər verir ki, bir şəxsin p...

Hindistanda turistik ərazilər bağlandı

Ötən həftə Hindistanın Kəşmir bölgəsində turistlərə qarşı törədilən hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə çərşənbə axşamı etibari...

Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində...

ŞƏMKİRDƏ 2 yaşlı körpə həyatını itirdi

Şəmkirdə körpə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.   Sfera.az xəbər verir ki,  azyaşlı uşaq dərmandan zəhərlənib. Hadisə rayonun ...