Xoruldama bu problemləri də yaradırmış - Həkim AÇIQLADI

Xoruldama bu problemləri də yaradırmış - Həkim AÇIQLADI

"Xoruldama dişlərin qırılması və kariyesin inkişafı riskini artırır".


Sfera.az xəbər verir ki, bunu rusiyalı stomatoloq-terapevt İrina Zabrodskaya deyib.


“Bruksizm (dişləri qıcırdatma) və çənə oynağının disfunksiyası xoruldayan insanlarda xoruldamayanlara nisbətən iki dəfə çox olur. Uzun müddət davam edən bruksizm minanın aşınmasına və qırılmasına, kompozit bərpaların və ya ortopedik strukturların istifadə müddətinin azalmasına, dişləmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır, eyni zamanda çənə oynağının işini ağırlaşdırır”, - həkim bildirib.

 

Mütəxəssis bu şəxslərin qarşılaşdığı digər problemdən də danışıb:

 

“Belə xəstələrin qarşılaşdığı digər problem ağız quruluğudur. Yuxu zamanı bir az açıq ağız tüpürcəyin daha sürətli buxarlanmasına və selikli qişanın qurumasına səbəb olur. Tüpürcək insan orqanizmində bir neçə funksiyanı yerinə yetirir: qidanın həzminə kömək edir, dişləri kariyesdən qoruyur, çeynəmə və udmanı asanlaşdırır. Tüpürcəyin kəmiyyət və keyfiyyətinin pozulması kariyesin inkişafına və diş ətinin iltihabına səbəb olan patogen mikroorqanizmlərin artmasına, minerallaşmış diş lövhəsinin daha tez görünməsinə, ağız qoxusunun yaranmasına, quru selikli qişalarda çatların və xoraların əmələ gəlməsinə səbəb olur”. 

 

İnci


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.   Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndi...

Mərdəkanda qaz təchizatı dayandırılacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı daya...

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...

Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyin...

COP29 tərəfdaşlıq proqramı təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.   Bu barədə Sfera...