Başqasının paltarlarını geyinmək xəstəlik yaradır - AÇIQLAMA
Başqalarının paltarlarını geyinmək olduqca təhlükəlidir. Paltarlarda olan infeksiyalar vasitəsilə müxtəlif dəri xəstəlikləri yarana bilər.
Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Kərimova bildirib ki, hər orqanizmin və dərinin özəməxsus xəstəlik patologiyası var.
“Dəri xəstəliklərinin içərisində yoluxucu hesab olunan virus mənşəli göbələk və bakterial xətəlikləri var. Viruslar təmas vasitəsilə, uzun müddət qucaqlaşmaq, eyni şəxsi əşyalar, yataq, dəsmal və paltarlardan istifadə etməklə yoluxa bilər. Son aylarda göbələk xəstəliyinə yoluxanların sayında ciddi artım müşahidə olunur. Dərisində göbələk xəstəliyi olan insanların paltalarının liflərində həmin xəstəliyin bakteriyaları yaşayır. Bu geyimi başqa biri geyindikdə həmin sağlam insan da bu xəstəliyə yoluxa bilər”.
Mütəxəssis diqqətə çatdırıb ki, əsasən geyim mağazaları bu xəstəliklərin insandan insana keçməsinə səbəb olur. Bir paltarı bir neçə nəfər geyinib yoxlayır. Əgər həmin paltarı xəstəliyi olan biri geyinibsə həmin geyim digər insanlar üçünə risk faktoruna çevrilir:
“Göbələk və bakterial xəstəliklər şirniyyatı çox yeyən və diabet xəstələrində daha tez-tez müşahidə olunur. Çünki həmin insanların dərisi bakteriyalar üçün daha münbit olur”.
S. Kərimova son olaraq əlavə edib ki, bu xəstəliklərdən qorunmaq üçün gigiyena qaydalarına riayət etmək və başqalarının paltarlarını geyinməmək tövsiyə edilir.
Ülkər Abdurahmanlı