Uşaqlar yanıq xəsarətləri aldığı zaman nə etməliyik? – Məsləhət

Uşaqlar yanıq xəsarətləri aldığı zaman nə etməliyik? – Məsləhət

Qış aylarında uşaqların qaynar su ilə yanıq xəsarətləri alması hallarına çox rast gəlinir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən tanınmış pediatr Günay Rəsulova deyir ki, el arasında yanıq zamanı ilkin tibbi yardımla bağlı yanlış təsəvvürlər var:

 

“Məsələn, yanıq yerinə duz, sidik, tomat vururlar. Bunlar isə yanıq ağrısını daha da şiddətləndirir. Yanıq zamanı ilkin olaraq, buz yox, sərin su tətbiq edilməlidir. İsti su paltarın üstünə tökülübsə, paltarla birlikdə soyuq su tətbiq edilməlidir. Yanan dəri soyulmasın deyə paltarı çıxarmaq olmaz, həmin hissə qayçı ilə kəsilməlidir”.

 

Mütəxəssis qeyd edib ki, yanıq qabarcıqlarını partlatmaq olmaz:

 

“Özü partlayan yerlərə isə antibiotik krem vurmalıdır. Təcili yardım gələnə kimi uşağa ağrıkəsici olaraq “ibuprofen” vermək olar. Ağrı şokunun qarşısını almaq üçün isə baldan istifadə oluna bilər, bu, yanığa faydalıdır. O cümlədən, yanıq dəri üçün zeytun yağı, yumurta ağı, diş pastası, tomat, duz istifadə etmək olmaz. “Olazol” kremi həm antibiotik, həm ağrıkəsici kimi yanıqlara xeyirlidir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR