Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
Sağlıq
20:31 / 03.11.2016
1494
Gözəlliyin aynası hamar dəridir. Dərinin baxımı üçün müxtəlif vasitələrdən istifadə etmək olar.
Sfera.az axşam.az-a istinadən xəbər verir ki, yaşınızı 5 yaş daha gənc göstərəcək Misir kraliçalarının maskasını tətbiq etməklə daha gözəl dəriyə sahib ola bilərsiniz. Bu maska sayəsində məsamələin də kiçilməsini təmin etmək olar.
Lazım olan vəsaitlər:
- 2 xörək qaşığı zeytun yağı
- 1 xörək qaşığı bal
- 1 yumurta sarısı
- 10 damcı limon suyu
Hazırlanması:
Bu məhsulları bir-birinə qataraq qarışdırın. Göz ətrafı xaric bütün üzə tətbiq edin. 25 dəqiqə gözləyin və durulayın.