Azərbaycanda piylənmə diaqnozu iki dəfə artıb

Azərbaycanda piylənmə diaqnozu iki dəfə artıb

 

"Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadə və hərəkətsizlikdir”.

Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 min nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 

2016-cı ilin əvvəlinə əhalinin hər 100 min nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub. Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8%-i qız, 53,2%-i oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8%-i 13 yaşına qədər, 33,2%-i 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9% təşkil edib.

Həkim-dietoloq Nərgiz Nəzirova deyib ki, əgər əvvəllər piylənmə orta yaşlı nəsil arasında müşahidə edilirdisə, indi xəstəlik gənc yaşlardan da başlayır.

Mütəxəssis hesab edir ki, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Piylənmənin səbəblərindən biri də hərəkətsizlikdir. İnsanda, ilk növbədə, daxili orqanlar piylənməyə başlayır.

Nəticədə onurğa problemləri, protruziya, yırtıqlar yaranır, damarların varikoz genişlənməsi başlayır. Artıq çəki insan üçün çox problemlər yaradır.

Köklük, eyni zamanda insana edilən tibbi müalicənin effektini aşağı salır. Ona görə də bir çox müalicələrdə insan əvvəlcə arıqlamalı, sonra müalicə olunmalıdır. Çünki bədəndə olan piy müalicənin effektini xeyli aşağı salır”.

Səhiyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur. Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. 

Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...