“Koronavirusa yoluxma halları artsa...” – Azərbaycan yenidən sərt karantin rejiminə keçir?

“Koronavirusa yoluxma halları artsa...” – Azərbaycan yenidən sərt karantin rejiminə keçir?

Dünyanın bir çox ölkəsində COVİD-19-un yeni ştamı olan EG.5 virusu yayılıb.

 

Eyni zamanda, ölkəmizdə də koronavirusa yoluxma halları artıb. Belə ki, 14.08.2023-20.08.2023 tarixlərində yoluxma sayı 27, sağalanların sayı 9, ölüm sayı isə 0 olub, sadəcə 1 həftə sonra yəni  28.08.2023-03.09.2023 tarixlərinə baxdıqda isə görürük ki, yoluxanlar 130, sağalanlar 108, ölənlərin sayı isə 2 nəfərə çatıb.

 

Bu statistika nədən xəbər verir? Azərbaycanda yenidən ciddi karantin rejimi tətbiq oluna biləri?

 

İnfeksionist Sadiqə Əliyeva Sfera.az-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma halları artsa da, sərt karantin tədbirlərinin tətbiqi gözlənilmir:

 

“Ümumiyyətlə, mutasiyaya uğrayıb yeni variantların yaranması virusların xüsusiyyyətidir. Lakin sonra yarananlar ilkin variant qədər təhlükəli olmur. İndi də dünyanın bir çox ölkələrində mutasiya nəticəsində COVİD-19-un yeni ştamları yaranmağa başlayıb. Bundan qabaq Omikron idi, hazırda EG.5-dir. EG.5-də də əvvəlkilər kimi öskürək, qızdırma, halsızlıq, sümük-əzələ ağrıları kimi simptomlarla müşahidə edilir”.

 

Ekspertin sözlərinə görə, bu yeni variant hələ ölkəmizdə qeydə alınmayıb:

 

“Düzdür, Azərbaycanda koronavirus və mövsümi qrip infeksiyalarına yoluxmada artım müşahidə olunur. Yoluxlamaların artmasında əsas səbəb isə həm infeksiya, həm də insanların geyimlərinə, yeyib-içdiklərinə diqqət etməyərək soyuqlamalarıdır. Koronavirusa yoluxma halları artsa da, ağır xəstələrin sayı o qədər də çox deyil. Bu səbəbdən sərt karantin rejiminə keçiləcəyi gözlənilmir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...