COVİD-19-la bağlı HƏYƏCAN TƏBİLİ: “Yoluxanların sayı artır”

COVİD-19-la bağlı HƏYƏCAN TƏBİLİ: “Yoluxanların sayı artır”

Dünyada COVID-19-a yoluxma hallarında artım müşahidə olunur.

 

Sfera.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Qurumun son hesabatına əsasən, 2023-cü il iyulun 24-dən avqustun 20-dək dünya üzrə təxminən 1,5 milyon yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

 

“Əvvəlki 28 günlə müqayisədə iki mindən çox ölüm qeydə alınıb. Bu da müvafiq olaraq 63 faiz çoxdur”, - təşkilat bildirib.

 

Bununla belə, ÜST insanları panikaya düşməməyə çağırıb: “Bunun üçün hələ tezdir, belə statistika konkret ölkələrdə epidemioloji vəziyyəti aydın şəkildə əks etdirmir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR