Dietoloqdan məsləhət: Qəhvəni azaldın...

Dietoloqdan məsləhət: Qəhvəni azaldın...

Tanınmış dietoloq Natalya Kruqlova isti havalarda səhhətin pisləşməməsi üçün düzgün qidalanma rejimindən danışıb.

 

Sfera.az xəbər verir ki, Kruqlova insanları ilk növbədə, qəhvə və digər kofeinli içkilərin miqdarını gündə bir və ya iki stəkan azaltmağa çağırıb. Çünki bu, daha çox susuzluğa səbəb ola bilər. O, bildirib ki, istidə qəhvə əvəzinə faydalı  və mikroelementləri yüksək olan mineral suyu seçmək, dadlandırma üçün suya meyvə, nanə, limon və ya reyhan parçaları əlavə etmək olar.

 

Kruglova da bu dövrdə pəhriz rejiminə daha çox təzə tərəvəz və meyvələr daxil etməyi və yağlı ətdən imtina etməyi tövsiyə edib. Sonda o, isti havalarda evdə bütün yeməklərin və hazır alınmış yeməklərin soyuducuda saxlanmasının vacibliyini xatırladıb.

 

Dietoloq yuxusuzluq üçün isə bol maye qəbulu ilə bərabər, açıq rəngli təbii parçalardan tikilmiş boş paltarlar geyinməyi tövsiyə edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...