“Dərmanları mətbəx və hamamda saxlamaq olmaz” - AEM

“Dərmanları mətbəx və hamamda saxlamaq olmaz” - AEM

Analitik Ekspertiza Mərkəzi (AEM) dərmanların ev şəraitində necə və harada saxlanılmalı olduğu ilə bağlı məlumat yayıb.

 

AEM-dən Sfera.az-a verilən məlumata görə, çox zaman insanlar yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar.

 

Bildirilib ki, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.

 

Məlumata görə, dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur:

 

“Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərədə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda gələn il iki seçki keçiriləcək

Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. ...

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...

Seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq - RƏSMİ

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanmağa başlayacağı vaxt açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmol...

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir. &nbs...

"Dağıntı və tələfatla bağlı DİN-ə məlumat daxil olmayıb" - Elşad Hacıyev

"Dağıntı, tələfat, hər hansısa xoşagəlməz halla bağlı məlumat daxil olmayıb".   Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mət...