Xərçəng xəstəliyinə ən çox hansı qadınlar tutulur?

Xərçəng xəstəliyinə ən çox hansı qadınlar tutulur?
Alimlər piylənmənin süd vəzisi xərçəngi riskini üç dəfə artırdığını sübut edib

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hindistanlı mütəxəssislər əsasən qarın nahiyəsindən yığılan abdominal piylənmənin qadınlarda onkoloji xəstəliklərin inkişafı riskini 3 dəfə artırdığını iddia edir.  

 

Hindistanın aparıcı onkologiya mərkəzinin həkimləri həddindən artıq cəlbedici və dolu bədən formaları ilə süd vəzisi xərçənginin inkişafı arasında birbaşa əlaqə olduğu sübut edib. Çoxillik müşahidələr əsasında məlum olub ki, abdominal piylənmə qadınlarda onkoloji xəstəliklərin inkişafı riskini 3 dəfə artırır. Tədqiqatçıların fikrincə, bel çevrəsinin uzunluğu 80 sm-dən  daha çox olduğu və bel ombalardan praktik olaraq fərqlənmədiyi zaman xərçəng xəstəliyi riski artır. Bununla yanaşı, alimlərin fikrincə, qadınların yaşı da həlledici əhəmiyyətli oynamır, amma piylənmənin hansı nahiyədən başlaması nöqtəsi çox vacibdir.

 

"Bizim araşdırma göstərib ki, istənilən tipli piylənmə süd vəzisi xərçənginin inkişaf riskini artırır və qadın orqanizminin inkişafının istənilən mərhələsində, hətta klimakterik dövründə rast gəlinə bilər" , - deyə professor Radjeş Diktiş bildirib. Lakin professorun sözlərinə görə, 10 ilə 20 yaş arası kəskin kökələn qızlarda xəstəliyin inkişaf riski daha çoxdur. 

 

Həkimlər onu da bildirib ki, Hindistanda  zərərli qidalanma vərdişlərin yayılması nəticəsində kütləvi şəkildə piylənmə müşahidə olunur. Alimlər ölkədə onkoloji statistikanın kəskin artımını fast-fud kimi zərərli qidalanma ilə bağlayıb. Son vaxtlar Hindistanda qadınlar arasında məhz süd vəzisi xərçəngi daha çox yayılıb. Hindistanlı alim Dikşitanın fikrincə, piylənmənin öhdəsindən gəlməklə onkoloji xəstəliklərin yaranma riskini azaltmaq olar. Onlar həmçinin abdominal piylənmənin ölkədə epidemiya halında yayılmadığını, balanslaşdırılmış qidalanma və fiziki hərəkətlərin köməyi ilə çəkini nəzarətdə saxlamaq və ondan xilas olmaq şanslarının yüksək olduğunu vurğulayıb.

 

 

Fotoları təqdim edirik:

 

 

 

 

 

 

Publika.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu ilin altı ayında yol qəzalarında 333 nəfər ölüb

Cari ilin altı ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınan yol qəzalarının sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Sfera.az ...

Dünya nəhəngləri arasında GƏRGİNLİK ARTIR: Çin ABŞ ilə nüvə danışıqlarını DAYANDIRDI

Çin demokratik yolla idarə olunan və öz ərazisi olduğunu iddia etdiyi Tayvana silah satışına cavab olaraq ABŞ ilə silahlara nəzarət və nüvə silahlarının yayılma...

"Sabah saat 00:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

19 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu  küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai pr...

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradıldı

Artıq məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyində...

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Bu barədə S...

Bakıda qanunsuz quraşdırılan metal konstruksiyalar söküldü - FOTO

Bakının mərkəzində işbazlar tərəfindən qanunsuz olaraq quraşdırılan metal konstruksiyalar sökülüb.   Komitənin mətbuat xidmətindən bildirilib ki, Xət...