“Donuz qripi”nə kimlər yoluxur və müalicəsi varmı?

“Donuz qripi”nə kimlər yoluxur və müalicəsi varmı?
Son günlər qonşu ölkələrdə ölümcül AH1N1 (“donuz qripi”) virusu kəskin şəkildə yayılıb. 

Tükiyədə 8 nəfər, Ermənistanda isə 27 nəfər bu xəstəliyə yoluxub. Bəs qonşu ölkələrdə bu virusun yayılması Azərbaycan üçün həyəcan təbili çalmağa əsas verirmi?

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva aznews.az-a müsahibə verib.


- Afaq xanım, “donuz qripi”nin Azərbaycana gəlmə təhlükəsi varmı? 

- Hazırda bizə həmsərhəd olan ölkələrdə bu xəstəlik yayılıb. Bununla əlaqədar olaraq ölkəmizin sərhəd keçid məntəqələrində bütün təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Həmçinin xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd keçid məntəqələrində müayinədən keçirilir. Yəni onlar müşahidə altında saxlanılır. Bizə verilən məlumata görə hələ ki, bu günə kimi ölkəmizdə belə bir fakt qeydə alınmayıb. Hələ bu ilin dekabr ayında İranda bu hadisələr qeydə alınanda Səhiyyə Nazirliyi tərəfindən xüsusi əmr imzalanıb. Həmin əmrdə qrip və digər kəskin temperatur xarakterli xəstəliklərə görə bütün tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Bütün tədbirlər bu gün də həyata keçirilir. Xəstəxanlarda, klinikalarda, mərkəzi rayon xəstəxanalarında hər hansı hadisə qeydə alınan zaman onların müalicəsi üçün bütün şərait var. Bu sahədə böyük iş aparılır. Məsələn, keçən ilin nəticələrinə görə 1400-ə yaxın belə xəstədən, yəni hərarəti olan xəstələrdən laborator müayinə götürülüb. Heç birində qrip xəsətəliyi qeydə alınmayıb. Bu ilin əvvəlindən bu günə kimi həmin müayinələr yüksək səviyyədə davam etdirilir. Bununla biz bu xəstəliyin Azərbaycana gətirilməsini qarşını ala bilərik. Laki onu deyə bilərəm ki, Azərbaycanda qrip xəstəliyi, hətta digər mövsümü A və B virusu ilə yayılan qrip xəstəliyi də yoxdur. 

- Ümumiyyətlə, bu xəstəliyə kimlər tutula bilər? 

- “Donuz qripi” adlı AH1N1 virusu ilə yayılan xəstəlik keçicidir. Bu, donuzlara xas olan virusdur. Ona görə də donuz əti istehlak edənlərin yoluxma riski yüksəkdir. Düzdür bizdə o qədər də donuz məmulatlarından və ətindən istifadə olunmur. Lakin digər ölkələrdə istifadə edənlər kifayət qədərdir və bu, hava damcısı yolu ilə yayılır. Virusa yoluxmuş şəxs ölkəmizə gəlməzsə, yayılma halı da olmaz. 


- "Donuz qripi" xəstəliyindən qorunmaq üçün hansı tədbirlər görülməlidir? 

- İlk növbədə hər hansı kəskin temperatur viruslu xəstə həkimə müraciət etməlidir ki, ona xəstəlik diaqnozu qoyulsun. Bu xəstəliyin müalicəsi düzgün aparılmalıdır. Xəstə insan əgər cəmiyyətə, iş yerinə, oxuduğu məktəbə getməzsə, digərləri ilə təmasda olmazsa xəstələyin yayılmasının qarşısı alınar. Eyni zamanda viruslu insan əgər təcrid olunarsa, həkim nəzarəti altında müalicə alarsa, bu xəstəliyini yüngül keçirər. Bu zaman hər hansı ağırlaşma baş verməz. 

- Bu xəstəliyə tutulan şəxslərin sağalma şansı nə qədərdir? 

- Vaxtında hər bir insan hansı xəstəlik olursa-olsun həkimə müraciət edərsə, müalicəyə cəlb olunarsa, bu zaman ölüm faizi aşağı olar. Bütün xarici ölkələrdə bu xəstəliyə tutulanların haradasa bir necə faizi ölümlə nəticələnir. Çünki vaxtında həkimə müraciət edilmir. Əgər vaxtında virus aşkar olunub müalicə olunarsa, o zaman ölüm hadisəsi olmaz.

OXŞAR XƏBƏRLƏR

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. ...

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.   Sfera.az xəbər v...

Çirkli corab və çürük ət iyi gəlir: Sidneydə nadir “cəsəd çiçəyi” böyük maraq doğurub - FOTOLAR

Avstraliyanın Sidney şəhərində nəsli kəsilməkdə olan və çiçək açdıqda çürüyən ət iyi verən nadir bitki çiçək açıb. Bu təbiət möcüzəsini görməyə 20 mindən çox in...

Bomba partlatmaqla muzeydən qızıl dəbilqəni qarət etdilər

Hollandiyanın Assen şəhərindəki Drents Muzeyində oğrular binanın kənarına partlayıcı yerləşdirdikdən sonra qədim Dacia krallığının qızıl sərgisindən bir neçə mü...

Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı

“Biz İlham Əliyevlə İsveçrədə danışdıq, onun ölkəsinin qaz hasilatı, ixracı üçün böyük imkanları var”.   Sfera.az xəbər verir ki, bunu Uk...

Salyanda yük maşınında partlayış - Yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kən...