Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

Professordan meymunçiçəyi ilə bağlı VACİB XƏBƏRDARLIQ: 42 yaşından aşağı olan şəxslər... VİDEO

Koronavirus bəlasından canımız yenicə qurtarırdı ki,  indi də meymunçiçəyi xəstəliyi barəsində xəbərlər gəlməkdə davam edir. Düzdür, hələ ki, ölkəmizdə bu xəstəliyə rast gəlinməyib. Ancaq istənilən halda xəstəliklə bağlı məlumatlar hər kəsdə narahatlıq yaradır.

 

Professor Adil Qeybulla 42 yaşından aşağı olan insanları daha diqqətli olmağa səsləyib. O həmçinin, ölkəmizdə  bu xəstəliyə qarşı peyvənd ehtiyatı yaradılmasının vacibliyindən də danışıb. 

 

Təbii çiçəyə qarşı peyvəndi olanlar meymunçiçəyinə ya yoluxmurlar, yoluxsalar belə çox yüngül keçirirlər. Tibb elmləri doktoru  Adil Qeybulla belə bir açaqlama verib. Professor bildirib ki, peyvəndi olmayanlar üçün problem daha böyükdür. Adil Qeybulla, xüsusilə, yaşı  42-dən aşağı olanları daha diqqətli olmağa səsləyib.

 

Professor bildirib ki, bu xəstəliyə yoluxmamaq üçün insanların immun sistemi yüksək olmalıdır. Bunun üçün vaxtında müdaxilə mütləqdir.Buna görə ölkəmizdə sözügedən xəstəliyə qarşı peyvənd ehtiyyatı yaradılmalıdır.  Çünki, təkcə meymunçiçəyi deyil, təbii suçiçəyin özü də baş qaldıra bilər. Buna görə də, qısa müddətdə karantin və profilaktik tədbirlər görülməlidir. Virusa yoluxmuş şəxslər özlərini vaxtında təcrid edib, başqa insanlarla ünsiyyətdən çəkinsələr virusun yayılma faizi az olar.

 

Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu da təbii suçiçəyi ailəsinə daxildir. İlk dəfə bu xəstəlik Konqo respublikasında baş qaldırıb. Amma  virusun identifikasiyası Danimarkanın Kopenhagen şəhərində keçirilib. Bu zonatik bir virusdur. Yəni heyvandan insana transfer edilir və əsasən kontakt yolu ilə həyata keçirilir. Çox az hava-damcı yolu ilə keçir.  Koronovirusdan fərqli olaraq bu virusun mutasiyaya uğrama riski azdır.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...