Yediyimizin qədərini bilmirik - Sən demə, əllərimiz ölçü vahidi imiş - FOTOLAR
Sağlıq
04:52 / 14.01.2016
2752
Bu, sağlam alternativ diyet üsuludur. Artıq kalorini hesablamağa ehtiyac yoxdur. Sadəcə, normanı bir dəfə yadda saxlamaq lazımdır. Beləliklə, siz arıqlayacaqsınız və nəfsiniz çəkdiyiniz qidaları yeyə biləcəksiniz. Burada əsas qidanın ölçüsü önəmlidir. Əvvəlcə adama elə gəlir ki, bu ölçü ilə doymaq olmaz. Ancaq elə deyil. Hər şey vərdişdən asılıdır.
Əl diyetinə necə vərdiş edək:
Şəkilə diqqətlə baxın. Bu norma bizi gündəlik yağlı və zərərli qidalardan uzaqlaşdıracaq.
Gün ərzində iki əlin içi qədər tərəvəz yeyilməlidir.
Əlinizi bükün. Yumruğunuz qədər olan həcm gündəlik karbohidratların miqdarını göstərir.
Əlin içi qədər gündəlik qırmızı ət nomasını göstərir.
Yumulmuş ovuc gündəlik meyvənin miqdarını göstərir.
Hər bir insanın işarət barmağının 1/3 qədəri gündəlik kərə yağı normasını göstərir.
Əlin iki barmaq ölçüsü gündəlik pendir ölçüsüdür.
Bu diyet sizə sağlam və gümrah yaşamağa kömək edəcək. Hətta xəstəliklərin qarşısını alacaq.(atv.az)