“Sağlamlığa ciddi zərər olarsa, həmin şəxs məhkəmə iddiası qaldıra bilər” – Peyvəndləmə ilə bağlı sığorta yoxdur

“Sağlamlığa ciddi zərər olarsa, həmin şəxs məhkəmə iddiası qaldıra bilər” – Peyvəndləmə ilə bağlı sığorta yoxdur

"Azərbaycanda peyvəndləmə ilə bağlı sığorta məhsulu yoxdur. Buna görə də peyvəndləmə zamanı hər hansı yan təsir, sağlamlığa ciddi zərər olarsa, həmin şəxs İcbari Tibbi Sığorta Agentliyinə qarşı məhkəmə iddiası qaldıra bilər”.

 

Bunu peyvənd olunacaq şəxslərin sığortalanması imkanları ilə bağlı Sfera.az-ın sualını cavablandıran sığorta sahəsi üzrə ekspert, hüquqşünas İlkin İbrahimov bildirdi. İ.İbrahimov söylədi ki, peyvəndləmə ilə bağlı sığorta məhsullarına digər ölkələrdə də az rast gəlinir. "Məsələn, Türkiyədə peyvəndləmə ilə bağlı sığorta təminatı yoxdur”, - deyən ekspert hesab edir ki, peyvəndləmə zamanı dəyən zərərə görə təminatı İcbari Tibbi Sığorta Agentliyi verə bilər.

 

Onun fikrincə, Agentliyin kifayət qədər vəsaiti var və bu məsələdə məsul tərəf kimi öhdəlik daşımalıdır: "İcbari Tibbi Sığorta Agentliyi peyvənd olunanları sığortalaya bilər. Agentliyin maliyyə imkanları çox böyükdür. Agentlik dövlət büdcəsindən böyük məbləğdə vəsait cəlb edəcək. 2021-ci ildə Agentliyə 1 milyard manatdan artıq vəsait köçürüləcək.

 

Dövlət büdcəsindən vəsait ayrılması ilə bərabər qanunvericiliyə əsasən Agentlik başqa mənbələrdən də vəsait cəlb edəcək. 2021-ci ildə işəgötürən icbari tibbi sığorta ilə əlaqədar əməkhaqqı fonduna 1 faiz əlavə edəcək. Eyni qaydada maaş alan işçinin əmək haqqından 1 faiz pul tutulacaq. 2022-ci ildən icbari tibbi sığorta üçün tutulma dərəcəsi 2 faizə yüksələcək.

 

Bundan başqa benzin və dizel yanacağının, alkoqollu içkilərin, tütün məmulatlarının idxalı zamanı da icbari tibbi sığorta məqsədilə pul tutulur”.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...