Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin PORTRETİ- Foto-Video

Şagirdləri uğrunda pandemiya ilə döyüşən xanım müəllimin PORTRETİ- Foto-Video
 

 YOL haqqında portret... "84 km-lik sevgi”

 

Əziz oxucu! Bu yazıda sizinlə iki nəfər söhbət edəcək; həm mən, həm də o...

 

Onun kimliyini biləcəksiz... Amma əvvəlcə  gözlərinizin önündə belə bir xəyali portreti canlandırın:

 

Günəşin qüruba çatdığı vaxt... Çalışdığı məktəbə varmaq üçün hər gün bir rayondan digərinə yol qət edən müəllim... Simasında yorğunluq, gözlərində isə elə hey uzanan, portretin çərçivəsini aşan işıq var...

Həmin müəllim hər gün ümumilikdə 84 km-lik yolu bir məqsədlə qət edir – şagirdlərinin gələcəyinə işıqlı bir yol salmaq üçün...

Gözlərindən çıxan işıq uzanır və uzandıqca ziyası artan bir yolun sonuna varır... Yəni, mənzilinə çatır... Oradakı uşaqların gələcəyinə bu işıqdan çiləyir...

 

ONUN haqqında...

 

İndi isə gəlin, Onunla tanış olaq;

 

O – İbrahimova Aynur Mahir qızı filologiya ixtisası üzrə həm balakavriatura, həm də magistratura səviyyələri üzrə təhsil alıb.

 

2013-cü ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək yaşadığı ünvandan (Göyçay rayonu Müskürlü kəndi) 80 km məsafədə yerləşən Ucar rayonunun ən ucqar kənd məktəblərinin birində-Təzə Şilyan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. Hər gün bu məsafəni qət edərək işimə tələsib. İşlədiyi təhsil müəssisəsinin  ucqar kənd məktəbi olması, bərbad kənd yolları, təmirsiz və internetsiz məktəb, uzun illər qəbul nəticələrinin olmaması, valideynələrin övladlarının təhsilinə biganə yanaşması, qızların  məktəbi tərk edib erkən nikah qurması onu işində əsla qorxutmayıb. Əksinə hər bir problemi həll etməyə çalışıb. Hətta məktəbdən çıxarılan qızların bir-bir evlərinə gedərək yenidən dərslərə cəlb olunmasına şərait yaradıb.

Dünyanın ən gözəl rəsmi...

 

Hə, əziz oxucu, Qəhrəmanızı -Aynur müəllimi az da olsa tanıdıq...  Yuxarıda canlandırdığımız portretdəki işıq var ha, Aynur xanım onun hesabına bütün düyanı qəfil yaxalayan COVİD-19 pandemiyasını, sərt karantin rejimini,dayanan tədris prosesinin durğunluğunu yenə bildi... Axı o uşaqları işıqsız qoymaq olmaz...

 

Bilirsinizmi, o işıq Aynur müəllim üçün dünyanın ən gözəl rəsmini yaradır... Necə? Gəlin, deyim:

 

Aynur müəllimin karantin dönəmində qatıldığı çoxsaylı layihələrdən biri də  Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin "Əl-ələ verək, uşaqları sevindirək”  təşəbbüsü olub. İRM-in operativ qərargahının fəal üzvlərindən biri kimi bu layihə çərçivəsində ünvanlanan şagird məktublarını cavablayır, onların istəkləri üzərinə əməli fəaliyyətə keçir. Öz əmək haqqısı hesabına  məktub yazan şagirdlərdən biri üçün məktəbli çantası, qələm, rəngli boya və s.alır. Ən əsası, isə karantin dönəmində hazırladığı test tapşırıqlarını həmin şagird-balaca Qızılgül üçün gətirir... Çünki ailəsi kasıb vəziyyətdə yaşayan şagirdinin əl qabiliyyətini yaxşı bilirmiş, həm də məktubdakı istəyini necə yerə salsın ki... Nə isə, Aynur müəllim o gün başqa şagirdlər kimi Qızılgülü də çox sevindirir... Üstündən bir gün keçəndən sonra xoş bir sürprizlə rastlaşır. Sən demə, gənc "rəssam” əlindəki fırçanı həm müəlliminin aldığı boyaya, həm də öz ruhunun, qəlbinin məsumluğuna batıraraq Aynur xanımın şəklini çəkir... Başqa şagird yoldaşından xahiş edərək, həmin rəsmin fotosunu "vatsap” vasitəsilə qəhrəmanımıza göndərir...

Aynur xanım gözlərindən axan sevinc yaşları ilə həmin rəsmi salamlayır... Və o bilir ki, müəllim adına aldığı bu bənzərsiz minnətdarlıq hədiyyəsinin iki müəllifi var – biri balaca Qızılgül, digəri isə koronavirusa meydan oxuyaraq, onu şagirdlər naminə döyüşdürən həmin SİRLİ İŞIQ...


Elə karantin vaxtı demişkən...

 

Söz yerinə çəkər, pandemiyadan söhbət düşmüşkən, əziz oxucu,  gəlin, indi də Aynur xanımı dinləyək. Axı əvvəldə demişdik, sizinlə biz ikimiz söhbət edəcəyik, olanlardan-keçənlərdən danışacağıq... Aynur İbrahimovanın ruhundakı şagird sevgisi, peşə vurğunluğu koronavirusa əməlli-başlı diş göstərir. Gənc xanım imkan vermir ki, onunla çox sevdiyi şagirdləri, ürəyini bağladığı tədris mühiti arasına bu COVİD-19 girsin... Nə isə, çox uzatmayım, özünü eşidək:

 

"Karantin rejimi tətbiq olunandan,  tədris prosesi müvəqqəti olaraq dayanandan bu yana əlimdən gələni etdim ki, şagirdlərim təhsil üçün, oxumaq üçün darıxmasınlar...  Həm İnsan Resursları Mərkəzinin operativ qərargahın aktiv  üzvü kimi oranın layihələrində, həm də digər təşəbbüslərdə bulundum. İllərdir ki, bu şagirdlərə görə, bir rayondan digərinə yol alır, kilometrlər qət edirəm, pandemiya mənim bu sevdamın qarşısını bir yolla ala bilsə də, digər yollar düşündüm:

 

-Şagirdlərə online dərslər, motivasiya üçün fərqli məkanlarda, fərqlili formatda ” Hər yer məktəb” adı ilə layihəmiz olub;

-Pandemiya dövründə ucqar kənd məktəblərində dərs dediyimiz  və interneti olmayan imkansız şagirdlərin evinə gedərək onlara test və kitab vəsaitləri və digər hədiyyələr verdik. İnsan Resursları Mərkəzinin "Əl-ələ verək, uşaqları sevindirək” layihəsi çərçivəsində uşaqlara dəstək olduq;


-Pandemiya dövründə insanları evdə qalmağa təşviq edən videoroliklər hazırlayaraq ictimaitə çatdırdım;

 

-Türkiyədəki təhsil işçiləri və müəllimlərlə yeni bir layihəyə başlamışıq. "Milenyum 2023 Stem+D” projesinin Azərbaycan təhsili üzrə kooridunatoru olaraq  şagirdlərlə dərslərin əyləncəli, maraqlı və fərqli qurulmasına çalışacağıq. Bunu pandemiya dövründə online dərslərimdə də tətbiq etməklə şagirdlərim üçün maraqlı dərs quracağam;

 

-Təhsil Nazirliyi İnsan Resursları Mərkəzinin dəstəyi ilə  "Təbəssümsüz bir körpə qalmasın”  Şəki Qarışıq Tipli uşaq evinin sakinləri üçün bir neçə müəllimlə uşaqlar üçün məktəb ləvazimatları, oyuncaqlar, geyimlər alaraq hədiyyə göndərdik.”


- Bu dövrdə kimsəsiz, yaxud pandemiya şəraiti ilə əlaqəli  heç bir vaxt qohum və ailəsindən sovqat almayan əsgərlər haqda məlumat toplamışam. Belə əsgərləri müəyyən etdikdən sonra onlara əmək haqqımdan büdcə ayıraraq sovqat göndərib az da olsa dəstək olmağa çalışmışam. Əsgərlərə motivasiyaverici əsgərə məktublarımız isə onlara ən gözəl mənəvi dəstək olub.


Sevgiyə bükülü məktub və çikəklər...

 

Oxucu dost, yəqin ki, Aynur xanımla qısa ünsiyyət zamanı onun nə qədər məhsuldar və fədakar təhsil işçisi olduğunun fərqinə vardınız. Çox önəmli bir detalı da mən əlavə edim:

 

A, İbrahimova Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi yanında operativ qərargahın fəal üzvü olaraq  " 1 qələm, 1 kitab, 1 müəllim, 1 şagird dünyanı dəyişə bilər” layihəsini başladaraq  Şəki Qarışıq tipli Uşaq evindəki uşaqlara təmənnasiz hazırlıqlar keçmək üçün 3 ixtisas üzrə müəllim qrupu yaradıb. Kimsəsiz uşaqların  da ali məktəbə qəbul olaraq öz ayaqları  üstə qalması əsas istəklərindən biridir...

Yeri gəlmişkən əvvəllər də bu kimi təşəbbüsləri həyata keçirib. Rüfət, Əbdüləli kimi imkansız və ağır durumda olan bir çox şagirdlərini təmənnasız olaraq hazırlaşdırıb. Bu səbəbdən dərsdən sonra digər rayondakı evinə gec çatmalı olub. Söhbətin əvvəlindəki portretdəki obraz da məhz Aynur xanımın həmin ərəfədə evinə dönüşün bədii eskizidir... Əbdüləlini unutmur... Nə şagirdinin özünü, nə də hər gün onun üçün sinif otağına gətirdiyi məktub və çiçəkləri yaddan çıxarmır. Əbdüləli anasız böyüdüyü üçün, Aynur xanımda bu nəvazişi tapıb, onda qızınmaq istəyib. Qəhrəmanımıza "olarmı bundan sonra sizə "ana” deyərək, müraciət edim?” deyərək, dadmadığı sevgini yaşamaq istəyib. Hər gün sinif otağına gətirdiyi məktub və çiçəklər də bu sevgiyə bükülü halda olur...

 

EPİLOQ

 

Əziz oxucu dost, Söhbətin əvvəlindəki xəyalımızda canlandırdığımız portretdəki obraz Aynur xanımın özü, qürub vaxtı  evinə  dönərkən yaşadığı yorğunluğun  bədii eskizidir... O hər gün bu yolları qət edərkən, gözlərinin önündə bir çox səhnələri canlandırır: erkən nikaha cəlb olunan qızlara görə apardığı mübarizəsini,  ucqar kənd yerində ilk dəfə olaraq, şagirdlərinin atalarını dərsə və maraqlı müsabiqəyə cəlb etməsini, 8 martda isə analar üçün sürpriz hazırlamasını, məktəbdə kinoteatr təşkil etməsini, bir sözlə çox şeyləri xatırlayır.

Uğurları gözlərinin önündə canlanır: "Pedaqoji mühazirə”lərdə birinci yerin qalibi, AzEdu Təhsil portalı ilə Milli Məclisin birgə təşkil etdiyi "İlin Gənc müəllimi” müsabiqəsində finala yüksəlməsini, rəğbət qazanan layihələrini və s...

P.S. Aynur müəllimin bundan sonra da uğurları çox olacaq. Amma nə zamansa, bu yollarda yaranacaq yorğunluğunu ən çox iki xatirəsi məhv edəcək: balaca Qızılgülün rəsmi və Əbdüləlinin məktub-çiçəkləri....

#GününQəhrəmanları #Nar #Təbib

 

Elmin Nuri

 

Yazı "NAR" və TƏBİB-in birlikdə keçirdiyi müsabiqə çərçivəsində hazırlanıb




OXŞAR XƏBƏRLƏR

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....