Şadlıq saraylarına XƏBƏRDARLIQ - Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir - VİDEO

Şadlıq saraylarına XƏBƏRDARLIQ - Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir - VİDEO

Gələn ildən etibarən şadlıq sarayında çalışan hər işçinin - musiqiçinin, rəqqasın, fotoqrafın, hər bir kəsin vergi sənədi olmalıdır. Əgər hər hansı bir şadlıq sarayında hər hansı bir işçinin bu sənədi olmadan çalışdığı müəyyən olunarsa, bu zaman məsuliyyəti həmin şadlıq sarayının rəhbərliyi daşıyır və buna görə o, cərimə oluna bilər.

Sfera.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Şadlıq sarayında çalışan işçilər fəaliyyətə başlayanadək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir.

Vüqar Bayramov - İqtisadçı: "Şadlıq sarayları xidmət göstərən zaman öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sadələşmiş vergi üzrə qəbzə malik olmalıdır. Əvvəlki dövrlərdə, sadəcə, qeydiyyatdan keçməklə, yəni VÖEN-ə sahib olmaqla artıq xidmət göstərmək mümkün idi. Daha sonra isə xidmətə görə dövriyyə elan olunurdu və dövriyyə elan olunduqdan sonra vergi hesablanırdı".

Ekspertlərin sözlərinə görə, yeni qaydanın tətbiqi bəzi şəxslərin vergidən yayınmasının qarşısını alacaq.

Vüqar Bayramov - İqtisadçı: "Sözügedən sahədə vergi dövriyyəsi kifayət qədər böyükdür. Amma həmin dövriyyənin vergiyə cəlb edilməsi ilə bağlı çətinliklər vardı. Yalnız o şəxslər sözügedən xidmətləri göstərə biləcək ki, onların məhz həmin qəbzi olsun. Sənədi olsun".

Samir Qasımov - Vəkil: "Bu vaxta qədər bu ümumi qaydada gedirdi. Ya əmək müqaviləsi əsasında həmin adamlar işçi kimi işə götürülməli idi, əmək haqqından vergi tutulub, ödənilməli idi, ya da ki həmin şəxslər VÖEN almalı idilər, hər ay sadələşmiş vergi ödəməli idilər. Bu təcrübə də dəqiq işləmirdi. Yəni bunun dəqiq mexanizmi yox idi".

Sözügedən işçiləri qəbz əldə edilmədən işlədən sahibkara hər bir işçiyə görə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 4000 manat, 3 və ya daha çox olduğu halda 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Vahid Əhmədov - Milli Məclisin deputatı: "İstənilən müğənni olsun, digər sənət sahibləri olsun, əgər onlar Azərbaycan vətəndaşıdırsa, bu ərazidə çalışırsa, müəyyən gəlir əldə edirsə, o gəlirdən vergi verməlidir. Dəyişkilik elədik Vergi Məcəlləsində ki, hər bir sənətkar vergi ödəyicisi olsun, yəni bu, tamamilə qanunauyğundur".

Qanun layihəsi Milli Məclisin noyabrda keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.(milli.az)

 

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...