Şadlıq evlərində rast gəlinən əsas pozuntu halları AÇIQLANDI

Şadlıq evlərində rast gəlinən əsas pozuntu halları AÇIQLANDI
Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1 000-ə yaxın obyektdə monitorinqlər aparılıb. Monitorinqlər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edlməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Güclü yağış Bakıda sürücülərə çətin anlar yaşatdı - VİDEO

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Sfera.az xəbər verir ki, səhər saatlarından başlayaraq yağan yağış bölgələrlə yanaşı, Bakıda da bir s...

Bakı-Sumqayıt qatarının həftəsonu cədvəli - SİYAHI

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarları həftəsonu da fəaliyyət göstərəcək. "Azərbaycan Dəmir Yolları” QSC-dən Sfera.a...

BŞİH: "Yağışın fəsadları aradan qaldırılır"

"Bu gün səhər saatlarından Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağıb. Bununla əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş ...

“Bizim.Media”nın 1 yaşı tamam olur

"Bizim.Media” internet saytının fəaliyyətə başlamasının 1 ili tamam olur.    Sfera.az bildirir ki, Azərbaycanın ictimai, siyasi, sosial və mədəni hə...

Zəfər savaşı ilə eyni gündə fəaliyyətə başlayan Bizim.Media – 1 ilin XÜLASƏSİ

Düzü, analitik və informativ saytın fəaliyyətə başlaması sentyabrın 27-nə planlaşdırılmırdı. Sadəcə, II Qarabağ müharibəsinin başlaması informasiya savaşı...

Qarabağ Dirçəliş Fondu yeni kampaniyaya start verdi - FOTO

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərdə bərpa işlərinin uğurla və daha qısa zaman ərzində həyata keçirilməsi üçün #KarabakhChallenge kamp...