Sabunçu RİH: Şikayətçi vətəndaş 190 manat və ərzaq bağlamaları alıb

Sabunçu RİH: Şikayətçi vətəndaş 190 manat və ərzaq bağlamaları alıb
 

Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) aprelin 17-də Anews.az saytının "Youtube” kanalında rayon ərazisində yaşayan Musayeva Leyla Oqtay qızının ağır maddi vəziyyəti haqqında təqdim edilən videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən Sfera.az-a bildirilib ki, Musayeva Leyla Oqtay qızı Ağdaş şəhəri M.İsayev küçəsi 12/32 ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2-ci mədən ərazisində neft kəmərlərinin mühafizəsi zolağında 15 il bundan əvvəl qanunsuz inşa edilmiş tikilini satın alaraq 2020-ci ilin yanvar ayında həyat yoldaşı və 2 uşağı ilə birgə həmin ünvana köçüblər:

"Nəzərinizə çatdırırıq ki, Leyla Musayeva dövlət tərəfindən birdəfəlik 190 manatlıq sosial yardım paketi alıb və digər rayon ərazisində pasport qeydiyyatında olmasına baxmayaraq qəsəbə icra nümayəndəliyi tərəfindən onlara dəfələrlə ərzaq bağlamaları verilib”.

Sosial şəbəkədə təqdim olunan digər məsələ ilə əlaqədar isə RİH bildirib ki, zibil tullantılarını əks etdirən ərazi "Balaxanıoyl” əməliyyat şirkətinin qapalı mədən ərazisinə daxildir və rayon Kommunal Təsərrüfatı idarəsinin hər hansı sanitar təmizlik işləri aparmasına icazə verilmir: "Ərazinin təmizlənməsi üçün RİH tərəfindən aidiyyəti üzrə "Balaxanıoyl” əməliyyat şirkətinin rəhbərliyinə müraciət olunub. Bu problemin qısa vaxtda həll ediləcəyi gözlənilir”.


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...